Nazir:
Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə beynəlxalq
hüquq çərçivəsində
hörmət edilməlidir
Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə, ərazi adlarına beynəlxalq hüquq çərçivəsində
hörmət edilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu
Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın
xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat
konfransında deyib.
O, bildirib ki, Azərbaycan 30 il işğaldan əziyyət
çəkib, insanlar
evlərindən ən
ağır şəraitdə
didərgin salınıblar.
Vaxtilə buna heç kəsin reaksiyası olmadığı
halda, indi sakit, dinc şəraitdə,
həm də özlərinin istəyi ilə Qarabağı tərk edən ermənilərə daha çox can yandırılır.
“Azərbaycan sülh sazişinin bağlanması istiqamətində bütün formatda danışıqlara hazırdır və bu istiqamətdə səylərini davam etdirir”, - deyə nazir vurğulayıb.
Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.3.