Annalena Berbok: Almaniya Azərbaycana mina təhlükəsi ilə mübarizədə kömək etməyə hazırdır

 

Hazırda Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir. Cənubi Qafqaz, xüsusilə Azərbaycan Avropa üçün strateji tərəfdaşdır. Regionda hamının sülhə ehtiyacı var. Ardıcıl davamlı sülhün təmin olunması inkişaf üçün çox vacibdir. Almaniya Azərbaycana mina təhlükəsi ilə mübarizədə kömək etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Xanım Berbok qeyd edib ki, Azərbaycan müharibədən sonra bərpa qayıdış prosesini həyata keçirir.

Azərbaycanın Ermənistanın qonşu ölkələr kimi dinc yanaşı yaşamağının vacibliyini qeyd edən Almaniya XİN-in rəhbəri rəsmi Bakının sülh sazişi istiqamətində səylərini yüksək qiymətləndirib.

 

 

Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.3.