Annalena
Berbok: “Almaniya Azərbaycanla
Ermənistan arasında
münasibətlərin normallaşdırılması
istiqamətində vasitəçi
olmağa hazırdır”
Almaniya Azərbaycanla
Ermənistan arasında
münasibətlərin normallaşdırılması
istiqamətində vasitəçi
olmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
Demarkasiyanın çətin və uzun proses olduğunu diqqətə çatdıran nazir normallaşma prosesində Avropa formatının əhəmiyyətini qeyd edib. "Məqsədimiz etimad quruculuğu ilə məşğul olmaqdır. Mina təhlükəsi ilə mübarizə üçün layihəmizi bugünkü görüşdə təqdim etdik. Əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə A.Berbok bildirib.
Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.3.