Naxçıvanda
“Zəfərə gedən
20 il” adlı tədbir keçirilib
Noyabrın 4-də Naxçıvan
Biznes Mərkəzində
Naxçıvan Muxtar
Respublikası Nazirlər
Kabinetinin təşkilatçılığı
ilə Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə
gəlişinin 20 illiyi
və Zəfər Gününün 3-cü ildönümünə
həsr olunmuş “Zəfərə gedən
20 il” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni
səsləndirilib, ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan
Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli
nümayəndəsi Fuad Nəcəfli 2023-cü ilin ölkəmiz,
eləcə də Naxçıvan Muxtar Respublikası
üçün əlamətdar hadisələrlə dolu bir
il kimi başa çatacağını bildirib. Diqqətə çatdırıb
ki, “Heydər Əliyev İli”ndə
Naxçıvan Muxtar
Respublikasında yeni siyasi idarəetmə sistemi tətbiq olunur. Muxtar respublikanın hərtərəfli
inkişafına hesablanmış
dövlət proqramı
təsdiqlənib və
yeni layihələrin reallaşdırılması üçün
böyük maliyyə
vəsaiti ayrılıb.
Eyni zamanda bu il suverenliyimizin
tam bərpa olunmasının təntənəsini
yaşayırıq. Bu
uğurların təməlində
dayanan İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyini
böyük qürur və sevinclə qeyd edirik.
Ümummilli liderin
2003-cü ildə müraciəti
zamanı səsləndirdiyi
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm”
ifadəsini xatırladan
səlahiyyətli nümayəndə
vurğulayıb ki, dövlət başçımız
ötən 20 ildə
ata vəsiyyətini yerinə yetirməklə bu inamı doğrultdu.
Dövlət başçımızın
müstəsna xidmətləri
nəticəsində Azərbaycanda
yeni reallıqlar, yeni platformalar yaranıb.
“Biz xoşbəxt
insanlarıq ki, xalqımızın 200 illik
mübarizəsini möhtəşəm
Qələbə ilə
başa çatdıran
Müzəffər Ali
Baş Komandanın rəhbərliyi altında
həyat sürürük.
İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi möhtəşəm Qarabağ
zəfəri suveren Azərbaycana regionda öz sözünü deməyə böyük imkanlar verir.
Noyabrın 8-də Xankəndidə
keçiriləcək hərbi
parad bir daha Azərbaycanın gücünü bütün
dünyaya sübut edəcək”, - deyə səlahiyyətli nümayəndə
Fuad Nəcəfli bildirib.
Naxçıvan Muxtar
Respublikasının Baş
naziri Səbuhi Məmmədov çıxışında
qeyd edib ki, ölkəmizdə son 20 ilin uğurları,
tarixə yazılan möhtəşəm qələbələr
onu deməyə əsas verir ki, ölkə başçısı qarşıya
qoyduğu və bəyan etdiyi strateji hədəflərə
nail olmaqla Azərbaycanın timsalında
“Güclü dövlət”
konsepsiyasını reallaşdırıb.
Baş nazir bildirib ki, ölkə
Prezidentinin rəhbərliyi
ilə Naxçıvan
Muxtar Respublikasında
yeni idarəetmə formasının yaradılması,
nümayəndəlik institutunun
təsisi, struktur islahatlarının aparılması
muxtar respublikanın inkişafında əhəmiyyətli
rol oynayır. Bu ilin ötən
dövründə muxtar
respublikada 487,1 milyon manat dəyərində sənaye, 263,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu
istehsal edilib. Əsas kapitala yönəldilmiş vəsaitlər
125 milyon manat, pərakəndə ticarət
dövriyyəsi ciddi həcmdə artaraq 951,9 milyon manat, əhaliyə
göstərilən ödənişli
xidmətlər 139,3 milyon
manat, dövlət büdcəsinin gəlirləri
148,3 milyon manat, dövlət büdcəsinin
xərcləri 404,3 milyon
manat, orta aylıq nominal əməkhaqqı 671 manat
olub. Bundan başqa, 2023-cü ilin yanvar-sentyabr aylarında
704 daimi iş yerinin açılması
təmin edilib.
Tədbirdə Naxçıvan
Muxtar Respublikasının
iqtisadiyyat naziri Tapdıq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov və Naxçıvan Dövlət
Universitetinin rektoru Elbrus İsayev çıxış ediblər.
Çıxışlarda dövlət
başçımızın 20 illik hakimiyyəti dövründə Azərbaycanın
keçdiyi misilsiz inkişaf yolunun müxtəlif məqamlarına
nəzər salınıb.
Xüsusilə vurğulanıb
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə həyata keçirilən
islahatların məqsədi
iqtisadi səmərəliliyin
və rifahın təmin olunması prinsiplərinə söykənir.
Sonda Naxçıvan televiziyasının hazırladığı “Zəfərə gedən 20 il” qısa filmi nümayiş etdirilib.
Azərbaycan.-2023.- 5 noyabr, ¹ 243.- S.3.