Bakıda “Biz birlikdə güclüyük” mövzusunda
konfrans təşkil edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Mənəvi
Dəyərlərin Təbliği
Fondunun (MDTF) təşkilatçılığı
ilə “Biz birlikdə güclüyük”
adlı konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, konfransda Dövlət Komitəsi və MDTF rəhbərliyi,
Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan
İlahiyyat İnstitutunun
rəhbər şəxsləri,
respublikamızda fəaliyyət
göstərən müxtəlif
konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Tədbirin əvvəlində
xalqımızın milli-mənəvi
dəyərlərinin, birlik
və həmrəyliyinin,
Azərbaycanın tolerant
və multikultural modelinin təbliği, o cümlədən birgəyaşayış
formulunun daha geniş kütləyə
yayılması məqsədilə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində MDTF-nin sifarişi ilə hazırlanan “Müasir çağırışlar: birgəyaşayış
nümunəsi” adlı
qısametrajlı sənədli
film nümayiş olunub.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açılış nitqi
ilə çıxış
edib.
Ardınca Komitə
sədrinin müavini Səyavuş Heydərov, Milli Məclisin deputatı Elman Nəsirov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı
direktoru Rəvan Həsənov, Azərbaycan
İlahiyyat İnstitutunun
rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği
Fondunun icraçı
direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi
sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravosloav
Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası şurasının
katibi Elnur Əfəndiyev, Azərbaycan
Katolik kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan Bəhailəri Mərkəzinin
katibi Ramazan Əsgərli, “Azərbaycan
Bibliya Cəmiyyəti”
Xristian dini icmasının sədri Rasim Xəlilov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Fərqli dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış ənənələrinin əhəmiyyətinə diqqət çəkən konfrans müzakirələrlə davam edib.
Azərbaycan.-2023.- 5 noyabr, ¹ 243. - S.5.