Birliyə,
tərəqqiyə, əməkdaşlığa
doğru inamlı addımlarla
Türk Dövlətləri Təşkilatının
Zirvə görüşü
əlaqələrin daha
da möhkəmləndirilməsi
niyyətinin növbəti
nümunəsidir
Noyabrın 3-də Qazaxıstanın
paytaxtı Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının
(TDT) "Türk Əsri"
çağırışı altında 10-cu yubiley Zirvə görüşü
türk birliyini, bu birliyin məram
və məqsədlərini
bir daha ortaya qoydu.
Zirvə görüşü
türk dünyasında
əlaqələrin daha
da genişləndirilməsi
və möhkəmləndirilməsi
niyyətinin növbəti
nümunəsi olmaqla yanaşı, türk birliyinin dünyada sülhə, əmin-amanlığa,
təhlükəsizliyə nail olmaq istiqamətində
arzu və istəklərinin bir daha bəyan edildiyi sammit idi.
Görüşdə çıxış edən
Prezident İlham Əliyev türk dövlətləri ilə
münasibətlərin möhkəmləndirilməsinin
Azərbaycanın xarici
siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğuladı.
Dövlət başçısı
qeyd etdi ki, etnik və
mədəni köklərimiz,
dilimiz, ortaq keçmişimiz münasibətlərimizin
təməlini təşkil
edir: "2009-cu ildə
Naxçıvan Zirvə
görüşündən ötən müddət ərzində müxtəlif
sahələrdə əməkdaşlığımız
təsisatlanıb, Türk
Dövlətləri Təşkilatı
uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız
beynəlxalq səviyyədə
böyük siyasi çəkiyə və nüfuza malikdir".
Ölkə rəhbəri
çıxışında böyük türk dünyasının bir hissəsi olduğumuzu bildirərək, dostluğumuzun,
qardaşlığımızın əbədi olacağına
əminliyini ifadə etdi.
Zirvə görüşündə
çıxış edən
digər türk dövlətləri rəhbərləri
Azərbaycanı ərazi
bütövlüyünün təmin olunması münasibətilə təbrik
edərək, regionda sabitliyə nail olunması istiqamətində
göstərdiyi səylərdə
Prezident İlham Əliyevə uğurlar arzuladılar.
Sammitin sonunda Astana aktı və Astana Zirvə görüşünün
Bəyannaməsi imzalandı.
Milli Məclisin
deputatı Aydın Mirzəzadə TDT-nin Zirvə görüşü
ilə bağlı
"Azərbaycan" qəzetinə
açıqlamasında deyib
ki, təşkilatın
10-cu yubiley sammiti bir çox faktorla diqqəti çəkib. Ötən
illər ərzində
türk dövlətlərinin
həmişə birlikdə
olmaq, mövqelərini
yaxınlaşdırmaq, dünyada
sülhə və tərəqqiyə nail olmaq istəkləri bir daha ortaya qoyuldu:
"Təsadüfi deyil
ki, sammitin şüarı "Türk
Çağırışı",
"Türk Əsri"
idi. Türk faktoru bu gün
dünyada vacib məsələlərdən biridir.
Türk dövlətlərində
əmin-amanlıq, mehriban
qonşuluq, istənilən
məsələnin gərginliyə
çatdırılmadan beynəlxalq
hüquq normaları əsasında həll edilməsi təşəbbüsü
və praktikası var".
A.Mirzəzadə vurğulayıb
ki, bu sammitdə
türk dövlətləri
birgə hərəkət
etmək, imkanlarını
birləşdirmək, bütün
sahələrdə əməkdaşlıq
etmək istəklərini
bir daha ortaya qoydular. Bunu təsdiqləyəcək
kifayət qədər
nümunələr var.
Təkcə Azərbaycan
bu il türk
dövlətləri ilə
xarici ticarət dövriyyəsini 40 faizə
qədər artırıb.
Ölkəmiz türk
dövlətlərinə 20 milyard ABŞ dollarına qədər investisiya qoyub və bu
rəqəm artmaqda davam edir.
Prezident İlham Əliyevin
Zirvə görüşündəki
çıxışında türk dövlətlərinin
ümumi tarixinə, dil, din və
ənənələr faktoruna
toxunduğunu xatırladan
deputat bildirib ki, Azərbaycanın türk dövlətləri
ilə əməkdaşlığı
hər zaman genişləndirmək istəyi
özünü göstərir:
"Dövlət başçımız
türk həmkarlarına
Azərbaycanda gedən
proseslərdən, ölkəmizin
ərazi bütövlüyünü
təmin etmək üçün apardığı
mübarizədən də
danışdı. Bütün
bu məlumatlar digər türk liderləri tərəfindən
çox maraqla, razılıqla qarşılandı.
Türk Dövlətləri
Təşkilatının hər
sammitini tərəqqiyə,
əməkdaşlığa, birliyə doğru daha böyük və inamlı addım hesab etmək olar".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
5 noyabr, № 243.- S.6.