Azərbaycan Türk Dövlətləri Təşkilatında aparıcı mövqeyə malikdir

 

 

Xəbər verildiyi kimi, Qazaxıstanın Astana şəhərində "Türk Əsri" çağırışı altında keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley görüşündən öncə yüksəkvəzifəli rəsmilər bir araya gələrək bir sıra iqtisadi siyasi mövzularda, o cümlədən ticarət, nəqliyyat, gömrük digər sahələr üzrə sənədlərin hazırlanmasına dair razılıqlar əldə etmişlər.

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı mətbuata açıqlamasında bildirmişdir ki, Zirvə görüşü çərçivəsində dövlət başçılarının ikitərəfli görüşlərinin keçirilməsi türk dövlətləri arasında əlaqələrin gücləndiyinin bariz nümunəsidir.

Qeyd edək ki, 10-cu yubiley Zirvə görüşündə TDT- sədrlik Özbəkistan Respublikasından Qazaxıstan Respublikasına ötürüldü. Həmçinin onu da xatırladaq ki,  Zirvə görüşünün nəticəsi olaraq Türk İnvestisiya Fondu fəaliyyətə başlayacaq.  Fondun nizamnamə kapitalı 500 milyon dollardır. İnvestisiya qoyuluşlarına nəzər yetirəndə aydın olur ki, Azərbaycan birbaşa xarici investisiya qoyuluşunda türk dövlətləri arasında drayver rolu oynamaqdadır. Prezident İlham Əliyev Zirvə görüşündə vurğuladı ki, Azərbaycan indiyə qədər türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoymuşdur. Həmçinin Azərbaycan-Özbəkistan İnvestisiya Fondu Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması da xüsusi qeyd edilməlidir.

Ümumilikdə TDT çərçivəsində mövcud potensialdan istifadənin arzuolunan səviyyəyə çatması üçün "Türk Dünyası Vizyonu-2040" "TDT-nin 2022-2026-cı illər üçün Strategiyası" sənədləri qəbul edilmişdir. Müntəzəm olaraq keçirilən görüşlərin əsas məqsədi bu sənədlər çərçivəsində qarşıya qoyulan hədəflərə səmərəli şəkildə çatmaqdır. Məlumat üçün bildirək ki, TDT- üzv müşahidəçi ölkələr çərçivəsində ticarət dövriyyəsi 2022-ci ildə 57 milyard dollardan çox olmuşdur. Halbuki bu ölkələrin 2022-ci ildə dünya ilə ümumilikdə ticarət dövriyyəsi 1,2 trilyon dollar təşkil etmişdir.

A.Satıcı vurğulamışdır ki, mövcud potensialdan səmərəli istifadəni təmin etmək üçün son dövrlər bir sıra vacib addımlar atılmaqdadır. Ticarətin asanlaşdırılmasına dair ən mühüm sənədlərə aid  "Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında" "Sadələşdirilmiş Gömrük dəhlizinin yaradılması haqqında" sazişləri misal göstərmək olar. Hüquqi məsuliyyət daşıyan bu sazişlər ölkələr arasında ticarət dövriyyəsinin artmasına xidmət edəcək.

Qeyd edək ki, regionda baş verən geosiyasi natarazlıqlar fonunda yeni bir reallıq yaranıb. Yeni şəraitdə türk dünyası ölkələrindən keçən Orta dəhliz adlandırdığımız nəqliyyat marşrutunun geoiqtisadi mahiyyəti kifayət qədər artmışdır. Zirvə görüşündə dövlət başçıları da bu çağırışı türk dövlətlərinin TDT çərçivəsində fürsətə çevirmələrini strateji hədəf kimi qiymətləndirdiklərini vurğulamışlar.

"Azərbaycanın həyata keçirdiyi meqalayihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi", Zəngəzur dəhlizi bu kimi digər layihələr ətrafında yaradılan böyük quruculuq infrastruktur işləri diqqətə layiqdir. Əlavə olaraq, Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın bilateral əlaqələrinə nəzər yetirsək, görə bilərik ki, bir çox sahə üzrə türk dövlətləri ilə əlaqələr genişlənir. Dövlət başçısı İlham Əliyev son iki ildə Qazaxıstana üç dəfə səfər etmişdir. Zirvə görüşündə qeyd olundu ki, ikitərəfli çoxtərəfli əlaqələrin inkişafı təkcə iqtisadi, siyasi mədəni sahələrlə məhdudlaşdırılmamalı, regionda mövcud olan geosiyasi vəziyyət nəzərə alınaraq hərbi müdafiə sənayesi kimi sahələrdə əlaqələr gücləndirilməlidir", - deyə Ayhan Satıcı diqqətə çatdırmışdır.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan .-2023.- 5 noyabr, № 243.- S.6.