Dünyanın 26 ölkəsini təmsil edən səyyahlar Ağdamda erməni vandalizminin izlərinin şahidi olublar

 

 

Dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olanNomadManiaklubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya sair) təmsil edən 50-yə yaxın üzvdən ibarət heyəti Qarabağ Şərqi Zəngəzura səfəri çərçivəsində Ağdama gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Səyyahlar Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini mədəni abidələrə baxış keçiriblər. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə respublikanın ən böyük, ən inkişaf etmiş şəhərlərindən biri idi. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Ağdam şəhər Cümə məscidi ilə tanış olan səyyahlara məlumat verilib ki, məscid 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscidQarabağ məscid memarlığıməktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən məscidin bərpasına başlanılıb.

Sonra səyyahlar Ağdam Çörək muzeyinin dağıntıları ilə tanış olublar. Diqqətə çatdırılıb ki, şəhərdəki bütün tikililər kimi, Çörək muzeyinin binası da erməni barbarları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə s.) bəhs edən müxtəlif dəyərli nümunələr olub.

Xarici səyyahlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olub. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri qazaraq dağıdıblar.

Qeyd edək ki, qrupaNomadManiaklubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harri Mitsidis başçılıq edir. Heyət 3 gün ərzində Qarabağ Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük BritaniyanınPiki Reels”, İsveçin “Club 100” klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə Qarabağa Şərqi Zəngəzura 8 dəfə səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, qalanları isə bu il reallaşıb.

Dünyanın səyyah elitasının Qarabağ Şərqi Zəngəzura ardıcıl səfərləri, hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, Azərbaycan dövlətinin bölgədə qısa müddətdə apardığı nəhəng genişmiqyaslı quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərinblack tourismçərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi baxımından da müstəsna əhəmiyyət daşıyır.

 

Azərbaycan.-2023.- 5 noyabr, ¹ 243.- S.8.