Küveytli səyyah: Ağdamda, Şuşada dağılmış yaşayış yerlərini görmək kədərlidir

 

 

Ağdamda, Şuşada dağılmış binaları, yaşayış yerlərini görmək həqiqətən kədərlidir. Dünyanın bir çox yerində olmuşam, müharibəni müharibədən sonrakı vəziyyəti, oxşar tarixi bir neçə yerdə görmüşəm. Müharibə qarşıdurmalar həmişə ürəyimi parçalayır. Bu binalar, bu evlər bir tarixdir tarixi məhv etmək çox üzücüdür.

Bu sözləri Ağdamda AZƏRTAC-a müsahibəsində Küveytdən gəlmiş səyyah Bader Alşuaib söyləyib.

Qarabağ bölgəsinə ilk dəfə səfər etdiyini bildirən küveytli səyyah deyib: “Mən tarixi öyrənmək üçün buradayam. Buranın keçmişini gördüm indi gələcəyinin necə olacağının az da olsa təsəvvür edirəm. Burada gördüyüm odur ki, Azərbaycan hökuməti bu regionda daha parlaq gələcək qurur. Əgər investisiya şirkətləri buradakı turizm sektoruna maraq görsətsələr, əminəm ki, regionda turizmi inkişaf etdirmək üçün yaxşı potensial var”.

 

Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.8.