Ukraynalı
səyyah: Dünya birliyi mina probleminin
həllinə kömək
göstərməlidir
İki il əvvəl burada olduğum üçün
ölkənizdəki inkişafı
daha yaxşı müqayisə edə bilirəm. Sürətlə
gedən yenidənqurma
işləri çox
təqdirəlayiqdir.
Bu sözləri
Şuşa şəhərində
AZƏRTAC-a müsahibəsində Ukraynadan gəlmiş səyyah Orest Zub söyləyib.
O, mina probleminin dünyanın qarşılaşdığı ən böyük problemlərdən biri olduğunu bildirərək deyib: “Bu problem müharibələr bitdikdən sonra qalan fəlakətlərdir. Buna görə də dünya birliyi insan həyatı üçün təhlükəli olan bu problemin mümkün qədər tez həllində kömək göstərməlidir. Ukrayna hazırda dünyanın ən çox minalanmış yerlərindən biridir, buna görə də mən bu faciəni daha yaxşı anlayıram”.
Azərbaycan.-2023.- 5 noyabr, № 243.- S.8.