Böyük qələbələr və
yeni çağırışlarla
zəngin türk əsrinə böyük töhfə
Tarixin də, zamanın da tələbi olan türk dövlətlərinin
birliyi sayəsində
bu gün qələbələrlə, uğurlarla,
yeni çağırışlarla
bol bir əsrdə
- türk əsrində
yaşayırıq. Türkdilli
ölkələr arasında
getdikcə artan və yeni inkişaf
mərhələsinə qədəm
qoyan hərtərəfli
əlaqələr Türk
Dövlətləri Təşkilatının
(TDT) da dünyada söz sahibi olan güc mərkəzinə
çevrilməsinə rəvac
verib.
Heç şübhəsiz,
türk dünyasının
sıx birləşməsində
Azərbaycanın xüsusi
rolu var və o da təsadüfi
deyil ki, Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrlə əlaqələrin
bütün sahələrdə
möhkəmləndirilməsi respublikamızın xarici siyasətinin əsas prioritetlərindən birini
təşkil edir.
Noyabrın 3-də təşkilatın
Astanada keçirilən
"Türk Əsri"
çağırışı altında 10-cu yubiley Zirvə görüşü
zamanı Prezident İlham Əliyev də bildirdi ki, etnik və
mədəni köklərimiz,
dilimiz, ortaq keçmişimiz münasibətlərimizin
təməlini təşkil
edir: "2009-cu ildə
Naxçıvan Zirvə
görüşündən ötən müddət ərzində müxtəlif
sahələrdə əməkdaşlığımız
təsisatlanıb, Türk
Dövlətləri Təşkilatı
uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız
beynəlxalq səviyyədə
böyük siyasi çəkiyə və nüfuza malikdir".
Yeni türk tarixinin ən parlaq zəfəri
2020-ci ildə Azərbaycanın torpaqlarını işğaldan
azad etməsi və 8 Noyabr Şuşa zəfərini
çalması, eləcə
də 2023-cü ildə
suverenliyini bərpa edərək Xankəndidə
bayrağını dalğalandırması,
ümumilikdə türkdilli
xalqlar adına qazanılan parlaq zəfərlər olmaqla yanaşı, həm də türk dünyasının tarixən
var olan etnosiyasi coğrafiyasını bərpa
edib. Yeni türk əsrinin bu ən şanlı zəfərləri türk
birliyinin daha da güclənməsi üçün
misilsiz təkan olub.
Böyük türk
dünyasına bəxş
etdiyi bu möhtəşəm qələbələrə
görə, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının 2022-ci il noyabrın 12-də İstanbulda
keçirilən VIII Zirvə
Görüşü zamanı
Prezident İlham Əliyev
Türk Dünyasının Ali Ordeninə layiq görülüb.
Bu il noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley
Zirvə görüşü
zamanı türkdilli ölkələrin prezidentləri
çıxışlarında bir daha tarixi
zəfərlərə görə
İlham Əliyevi və
Azərbaycan xalqını
təbrik etdilər.
Çıxışında Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etməsinin bütün türk dövlətlərində qürur
doğurduğunu vurğulayan
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan
onu da vurğuladı
ki, can Azərbaycan Qarabağın
otuzillik işğalına
Vətən müharibəsindən
sonra birdəfəlik
son qoyub: "Bu tarixi uğurdan son dərəcə
qürur və sevinc hissi duyuruq.
Bununla da bölgəmizdə
davamlı sülhə
bir addım da yaxınlaşdıq. Açılan
fürsət pəncərəsinin
dəyərləndirilməsi ən böyük arzumuzdur".
Eləcə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev, Qırğız
Prezidenti Sadır Japarov, Macarıstanın
Baş naziri Viktor Orban Prezident
İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın
əldə etdiyi qələbələrdən, uğurlardan
fəxrlə söz açdılar.
Türkdilli ölkələr
işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni
irsinin bərpa olunması istiqamətində
də Azərbaycana dəstəklərini göstərirlər.
Füzuli rayonunda
dost Özbəkistan tərəfindən
məktəb inşası
həyata keçirilib.
Avqustun 23-də Prezident
İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva
və Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli
tam orta məktəbin
açılış mərasimində
iştirak ediblər.
Füzulidə
Qazaxıstan tərəfindən tikilən
yaradıcılıq mərkəzinin isə inşası davam
edir.
Türkdilli
dövlətlərin qardaşlıq dəstəyinin daha bir
nümunəsi isə Şuşa şəhərinin
2023-cü il üçün türk dünyasının mədəniyyət
paytaxtı seçilməsidir.
"Şərq-Qərb"
nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə
dəyərli töhfə
Prezident İlham
Əliyevin yürütdüyü məqsədyönlü
siyasət nəticəsində türkdilli ölkələr arasında siyasi,
diplomatik, mədəni əlaqələrlə yanaşı,
iqtisadiyyat, ticarət sahələrində də böyük
nailiyyətlər əldə edilib.
Prezident İlham
Əliyevin Mərkəzi Asiya ölkələrinə
ardıcıl səfərləri, həmçinin bu
regiondakı ölkələrin dövlət
başçılarının Azərbaycana səfərləri
də türk dövlətləri ilə yüksək əlaqələrin
bariz göstəricisidir.
"Son iki il ərzində
mən Türk Dövlətləri Təşkilatına
üzv və müşahidəçi dövlətlərə
20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri
də həmin dövr ərzində Azərbaycana
çoxsaylı səfərlər ediblər", - deyə
Astanada keçirilən görüşdə dövlət
başçısı İlham Əliyev məlumat verdi ki, Azərbaycan
türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ
dollarından çox sərmayə qoymuşdur və bunun əsas
hissəsi Türkiyəyə qoyulan sərmayədir.
Ölkə rəhbəri
onu da bildirdi ki, birgə sərmayə fondlarının
yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan
İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan
İnkişaf Fondu yaradılmışdır. 2022-ci ilin
müvafiq dövrü ilə müqayisədə 2023-cü
ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri
ilə ticarət dövriyyəsi 40 faiz artmışdır:
"Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat
və logistika sahələri mühüm yer tutur. Azərbaycan
Mərkəzi Asiya ölkələri ilə Türkiyə və
Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi
özünü təsdiqləyib.
Azərbaycan
"Şərq-Qərb" nəqliyyat dəhlizinin
dayanıqlı fəaliyyətinə öz dəyərli
töhfəsini verir".
Təhlükəsizlik,
müdafiə sahələrində əməkdaşlıq
daha da artmalıdır
Hazırda
dünyada gedən geosiyasi proseslər, baş verən
müharibələr fonunda türkdilli ölkələrin
güclərinin birləşdirilməsinin vacibliyi
özünü daha qabarıq göstərir.
Astanada
keçirilən 10-cu yubiley Zirvə görüşü
zamanı Prezident İlham Əliyev bildirdi ki, əfsuslar olsun
ki, bu gün dünyanın müxtəlif bölgələrində
beynəlxalq hüquq normaları kobudcasına pozulur.
Müharibələr, qanlı münaqişələr
alovlanır. Belə olan halda ilk növbədə ölkələrin
müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə
çevrilir: "Hesab edirəm ki, üzv ölkələr
arasında təhlükəsizlik, müdafiə, müdafiə
sənayesi kimi sahələrdə əməkdaşlıq daha
da artmalıdır".
Türk birliyinin
gücünün böyük əhəmiyyətə malik
olduğunu 44 günlük Vətən müharibəsi
zamanı əyani şəkildə görmüşük.
Qarşıdakı hədəf və
çağırışımız da elə bu həmrəyliyimizi daha da
gücləndirmək, bütün çətinliklərin
qarşısına türkün sarsılmaz birliyi ilə
çıxmaqdır.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2023.- 7 noyabr, № 244- S.5.