Azərbaycan ilə Koreya Respublikası arasında əməkdaşlıq genişlənir

 

Prezident İlham Əliyev Koreya Respublikasının Ticarət Sənaye Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət Sənaye Palatasının “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Çey Tae-von ölkəmizdə sonuncu dəfə 12 il əvvəl olduğunu qeyd edərək, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən inkişaf proseslərinin qazanılan nailiyyətlərin onda dərin təəssürat oyatdığını dedi, bununla bağlı təbriklərini çatdırdı. Qonaq Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlıq imkanlarını qeyd etdi.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdəağıllı şəhərağıllı kəndkonsepsiyasının tətbiqi ilə bağlı Koreya Respublikası şirkətinin təcrübəsi, Azərbaycanın zəngin bərpaolunan enerji potensialının reallaşdırılması, həmçinin ölkəmizin böyük mineral ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları, təhsil insan kapitalının inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, 1953-cü ildə təsis olunan baş ofisi Seul şəhərində yerləşən “SK Group” Koreya Respublikasının ikinci ən böyük şirkətlər qrupudur. Şirkətin ötənilki gəliri 150,9 milyard, aktivlərinin həcmi isə 246,9 milyard ABŞ dollarıdır. Qlobal miqyasda törəmə şirkətlərinin filiallarının sayı 512, dünya üzrə əlaqəli şirkətlərinin sayı isə 198 olan “SK Group”un müxtəlif ölkələrdə 100 mindən çox işçisi var. Şirkət energetika kimya, informasiya-kommunikasiya texnologiyaları, yarımkeçiricilər qabaqcıl materiallar, logistika, xidmətlər, biosəhiyyə əczaçılıq istiqamətlərində fəaliyyət göstərir.

 

Azərbaycan.-2023.- 7 noyabr, ¹ 244- S.1.