Enerji təhlükəsizliyi gündəlikdə
olan əsas məsələdir
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə
işgüzar səfərdə
olan Xorvatiya Respublikasının Baş
naziri Andrey Plenkoviç ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə ali
və yüksək səviyyəli təmasların,
qarşılıqlı səfərlərin
iki ölkə arasında münasibətlərin
inkişafında mühüm
rol oynadığı
vurğulanıb.
Azərbaycan-Xorvatiya münasibətlərinin bir
çox sahələrdə
uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar
çərçivəsində də sıx əməkdaşlıq etdikləri
qeyd olunub.
İqtisadi-ticari sahədə
əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə edilib, ötən il ticarət dövriyyəsinin həcminin
28 faiz artdığı
bildirilib.
Tərəflər investisiya
sahəsində əməkdaşlığın
daha da inkişafı
üçün yaxşı
imkanların olduğunu
qeyd ediblər.
Görüş zamanı
minaların təmizlənməsi
sahəsində əməkdaşlıq
məsələləri müzakirə
olunub. Hazırda Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin
xətti ilə genişmiqyaslı minatəmizləmə
əməliyyatlarının aparıldığı vurğulanıb,
Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb.
Tərəflər enerji
təhlükəsizliyini bu
gün qlobal gündəlikdə duran aktual məsələlərdən
biri kimi qiymətləndiriblər. Azərbaycanın
özünün zəngin
enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə
mühüm töhfə
verdiyi bildirilib.
Xorvatiyanın təbii
qaz tədarükü
mənbələrinin şaxələndirilməsi
istiqamətində səyləri
vurğulanaraq, bu baxımdan TAP layihəsinin
davamı olan İon-Adriatik Qaz Boru Kəməri layihəsinin əhəmiyyəti
qeyd edilib.
Görüşdə, həmçinin nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
Azərbaycan.-2023.- 7 noyabr, № 244.- S.1.