Azərbaycan-Çin
münasibətləri yüksək
səviyyədədir
Çinin Şanxay
şəhərində Azərbaycan-Çin
Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının 9-cu iclası
keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda
Azərbaycan nümayəndə
heyətinə Baş
nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası
Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının həmsədri
Şahin Mustafayev, Çin tərəfinə
isə ticarət nazirinin müavini, hökumətlərarası komissiyanın
həmsədri Lin Ci rəhbərlik edib.
Baş nazirin müavini Şahin Mustafayev qarşılıqlı
dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin
münasibətlərinin illərin
sınağından keçdiyini
və möhkəm təməl üzərində
qurulduğunu, dövlət
başçıları İlham
Əliyev və Si Cinpinin səyləri
nəticəsində hazırda
münasibətlərimizin dinamik
və hərtərəfli
inkişaf dövrünü
yaşadığını deyib. O, iki ölkə
arasında münasibətlərin
əsasını qoyan
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təntənəli
tədbirin yüksək
səviyyədə təşkilinə
göstərilən dəstəyə
görə Çin Hökumətinə minnətdarlıq
edib.
Ş.Mustafayev iki
ölkənin ticari-iqtisadi
istiqamət də daxil olmaqla müxtəlif
sahələrdə uğurla
əməkdaşlıq etdiyini,
qarşıda iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsi vəzifəsi
durduğunu bildirib. O,
ötən il Azərbaycan-Çin ticarət
əlaqələrinin həcminin
əvvəlki illə
müqayisədə 21 faiz
çoxaldığını, qarşılıqlı ticarətin
cari ilin 9 ayı ərzində təxminən 50 faiz artmasının müsbət
dinamikanın göstəricisi
olduğunu deyib.
Ş.Mustafayev Çin
şirkətlərinin Azərbaycanda
sənaye, kənd təsərrüfatı, ticarət,
xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla
fəaliyyət göstərdiyini
vurğulayıb, Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində
həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq
işlərində Çin
şirkətlərini fəal
iştiraka dəvət
edib. O, Azərbaycandakı
sənaye parklarına
və iqtisadi zonalara investisiya qoyuluşu üzrə qarşılıqlı fəaliyyət
üçün yaxşı
perspektivlərin olduğunu
bildirib.
Baş nazirin müavini nəqliyyat-tranzit
sahəsi üzrə əməkdaşlığın iki ölkə arasında münasibətlərdə
prioritet olduğunu diqqətə çatdırıb,
Orta Dəhlizin ən vacib hissəsi
olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini
vurğulayıb.
Çinin ticarət
nazirinin müavini, hökumətlərarası komissiyanın
həmsədri Lin Ci Çin-Azərbaycan münasibətlərinin bütün
sahələrdə yüksək
səviyyədə inkişaf
etdiyini bildirib, əməkdaşlığımızın inkişafında dövlət
başçısının səylərini vurğulayıb.
Bu xüsusda Çin Xalq Respublikasının Sədri
Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Şanxay Əməkdaşlıq Təşkilatının
Səmərqənddəki Zirvə
toplantısı çərçivəsində
görüşünün əhəmiyyəti qeyd edilib.
Nazir müavini
ölkəsinin Azərbaycandan
idxalın çoxalmasında
maraqlı olduğunu bildirib, birgə investisiya layihələri üzrə potensial əməkdaşlıqdan söz
açıb, “yaşıl
enerji”, rəqəmsal
texnologiyalar sahəsində
iki ölkənin əməkdaşlığını genişləndirmək üçün
potensialın olduğunu
deyib.
Lin Ci ölkəsinin Transxəzər
Beynəlxalq Nəqliyyat
Marşrutunun fəaliyyətində
iştirakını fəallaşdıracağını,
bu dəhlizin yüksək rəqabətqabiliyyətli
olması üçün
birlikdə səy göstərilməsinin əhəmiyyətini
vurğulayıb. O, investisiya
layihələrinin işlənməsi
üçün birgə
qrup yaratmağı təklif edib.
İclasda hər
iki tərəfdən
dövlət qurumlarının
rəsmiləri təmsil
etdikləri sahələr
üzrə Azərbaycan-Çin
əməkdaşlığının hazırkı vəziyyətinə,
inkişaf perspektivlərinə
dair fikirlərini səsləndiriblər, əməkdaşlığın
daha da dərinləşməsinə
dair təkliflər irəli sürüblər.
Sonda Azərbaycan-Çin
Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının 9-cu iclasının
protokolu imzalanıb.
Nümayəndə heyəti 6-cı Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın, habelə bir neçə dost ölkənin stendləri ilə tanış olub.
Azərbaycan.-2023.- 7 noyabr, № 244- S.2.