Böyük qələbələr və
yeni çağırışlarla
zəngin türk əsrinə böyük töhfə
Tarixin də, zamanın da tələbi olan türk dövlətlərinin
birliyi sayəsində
bu gün qələbələrlə, uğurlarla,
yeni çağırışlarla
bol bir əsrdə
- türk əsrində
yaşayırıq. Türkdilli
ölkələr arasında
getdikcə artan və yeni inkişaf
mərhələsinə qədəm
qoyan hərtərəfli
əlaqələr Türk
Dövlətləri Təşkilatının
(TDT) da dünyada söz sahibi olan güc mərkəzinə
çevrilməsinə rəvac
verib.
Heç şübhəsiz,
türk dünyasının
sıx birləşməsində
Azərbaycanın xüsusi
rolu var və o da təsadüfi
deyil ki, Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrlə əlaqələrin
bütün sahələrdə
möhkəmləndirilməsi respublikamızın xarici siyasətinin əsas prioritetlərindən birini
təşkil edir.
Noyabrın 3-də təşkilatın
Astanada keçirilən
"Türk Əsri"
çağırışı altında 10-cu yubiley Zirvə görüşü
zamanı Prezident İlham Əliyev də bildirdi ki, etnik və
mədəni köklərimiz,
dilimiz, ortaq keçmişimiz münasibətlərimizin
təməlini təşkil
edir: "2009-cu ildə
Naxçıvan Zirvə
görüşündən ötən müddət ərzində müxtəlif
sahələrdə əməkdaşlığımız
təsisatlanıb, Türk
Dövlətləri Təşkilatı
uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız
beynəlxalq səviyyədə
böyük siyasi çəkiyə və nüfuza malikdir".
Yeni türk tarixinin ən parlaq zəfəri
2020-ci ildə Azərbaycanın torpaqlarını işğaldan
azad etməsi və 8 Noyabr Şuşa zəfərini
çalması, eləcə
də 2023-cü ildə
suverenliyini bərpa edərək Xankəndidə
bayrağını dalğalandırması,
ümumilikdə türkdilli
xalqlar adına qazanılan parlaq zəfərlər olmaqla yanaşı, həm də türk dünyasının tarixən
var olan etnosiyasi coğrafiyasını bərpa
edib. Yeni türk əsrinin bu ən şanlı zəfərləri türk
birliyinin daha da güclənməsi üçün
misilsiz təkan olub.
Böyük türk
dünyasına bəxş
etdiyi bu möhtəşəm qələbələrə
görə, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının 2022-ci il noyabrın 12-də İstanbulda
keçirilən VIII Zirvə
Görüşü zamanı
Prezident İlham Əliyev
Türk Dünyasının Ali Ordeninə layiq görülüb.
Bu il noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley
Zirvə görüşü
zamanı türkdilli ölkələrin prezidentləri
çıxışlarında bir daha tarixi
zəfərlərə görə
İlham Əliyevi və
Azərbaycan xalqını
təbrik etdilər.
Çıxışında Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etməsinin bütün türk dövlətlərində qürur
doğurduğunu vurğulayan
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan
onu da vurğuladı
ki, can Azərbaycan Qarabağın
otuzillik işğalına
Vətən müharibəsindən
sonra birdəfəlik
son qoyub: "Bu tarixi uğurdan son dərəcə
qürur və sevinc hissi duyuruq.
Bununla da bölgəmizdə
davamlı sülhə
bir addım da yaxınlaşdıq. Açılan
fürsət pəncərəsinin
dəyərləndirilməsi ən böyük arzumuzdur".
Eləcə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev, Qırğız
Prezidenti Sadır Japarov, Macarıstanın
Baş naziri Viktor Orban Prezident
İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın
əldə etdiyi qələbələrdən, uğurlardan
fəxrlə söz açdılar.
Türkdilli ölkələr
işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun mədəni
irsinin bərpa olunması istiqamətində
də Azərbaycana dəstəklərini göstərirlər.
Füzuli rayonunda
dost Özbəkistan tərəfindən
məktəb inşası
həyata keçirilib.
Avqustun 23-də Prezident
İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva
və Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli
tam orta məktəbin
açılış mərasimində
iştirak ediblər.
Füzulidə Qazaxıstan
tərəfindən tikilən
yaradıcılıq mərkəzinin
isə inşası davam edir.
Türkdilli dövlətlərin
qardaşlıq dəstəyinin
daha bir nümunəsi isə Şuşa şəhərinin
2023-cü il üçün türk dünyasının
mədəniyyət paytaxtı
seçilməsidir.
"Şərq-Qərb" nəqliyyat
dəhlizinin dayanıqlı
fəaliyyətinə dəyərli
töhfə
Prezident İlham Əliyevin
yürütdüyü məqsədyönlü
siyasət nəticəsində
türkdilli ölkələr
arasında siyasi,
diplomatik, mədəni
əlaqələrlə yanaşı,
iqtisadiyyat, ticarət sahələrində də
böyük nailiyyətlər
əldə edilib.
Prezident İlham Əliyevin
Mərkəzi Asiya ölkələrinə
ardıcıl səfərləri,
həmçinin bu regiondakı ölkələrin
dövlət başçılarının
Azərbaycana səfərləri
də türk dövlətləri ilə
yüksək əlaqələrin
bariz göstəricisidir.
"Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv
və müşahidəçi
dövlətlərə 20 səfər
etmişəm. Qardaş
dövlətlərin rəhbərləri
də həmin dövr ərzində Azərbaycana çoxsaylı
səfərlər ediblər",
- deyə Astanada keçirilən görüşdə
dövlət başçısı
İlham Əliyev məlumat
verdi ki, Azərbaycan türk dövlətlərinin
iqtisadiyyatına 20 milyard
ABŞ dollarından çox
sərmayə qoymuşdur
və bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.
Ölkə rəhbəri
onu da bildirdi ki, birgə sərmayə fondlarının yaradılması
prosesi başlamışdır.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılmışdır.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin
yanvar-sentyabr aylarında
Azərbaycanın türk
dövlətləri ilə
ticarət dövriyyəsi
40 faiz artmışdır:
"Münasibətlərimizin inkişafı kontekstində
nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri
ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.
Azərbaycan "Şərq-Qərb"
nəqliyyat dəhlizinin
dayanıqlı fəaliyyətinə
öz dəyərli töhfəsini verir".
Təhlükəsizlik, müdafiə
sahələrində əməkdaşlıq
daha da artmalıdır
Hazırda dünyada
gedən geosiyasi proseslər, baş verən müharibələr
fonunda türkdilli ölkələrin güclərinin
birləşdirilməsinin vacibliyi
özünü daha qabarıq göstərir.
Astanada keçirilən
10-cu yubiley Zirvə görüşü zamanı
Prezident İlham Əliyev
bildirdi ki, əfsuslar olsun ki, bu gün
dünyanın müxtəlif
bölgələrində beynəlxalq
hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı
münaqişələr alovlanır.
Belə olan halda ilk növbədə ölkələrin müdafiə
potensialı təhlükəsizliyin
əsas zəmanətinə
çevrilir: "Hesab
edirəm ki, üzv ölkələr arasında
təhlükəsizlik, müdafiə,
müdafiə sənayesi
kimi sahələrdə
əməkdaşlıq daha
da artmalıdır".
Türk birliyinin gücünün
böyük əhəmiyyətə
malik olduğunu 44 günlük
Vətən müharibəsi
zamanı əyani şəkildə görmüşük.
Qarşıdakı hədəf
və çağırışımız
da elə bu həmrəyliyimizi
daha da gücləndirmək,
bütün çətinliklərin
qarşısına türkün
sarsılmaz birliyi ilə çıxmaqdır.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.- 7 noyabr,
№ 244- S.5.