Azərbaycan
bölgəyə yeni
nəfəs gətirib
"Azərbaycan 44 günlük
Vətən müharibəsində
qələbəsi və
bu ilin sentyabrında
bir-günlük lokal antiterror tədbirləri ilə öz suverenliyini, Konstitusiya hüququnu ölkə ərazisində tam bərpa etdi. Bu, dost ölkələri,
xalqları sevindirsə
də, bəzi dövlətlərin və
qüvvələrin yuxusunu
ərşə çəkib.
Onların başında
isə Fransa durur".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Vüqar İsgəndərov
deyib. O bildirib ki, özünü Avropada "demokratiyanın
beşiyi", beşinci
respublika sayan Fransa insan hüquqlarından,
fikir plüralizmindən
və digər fundamental insan haqlarından danışsa
da, əməllərində
bunun tam əksi görünür.
Afrikada və digər ərazilərdə
neokolonialist siyasət
yürütmək, soyqırımları
törətmək, digər
kiçik xalqların
hüquqlarını pozmaq,
onların maddi nemətlərini sümürmək,
islamofob, türkofob siyasət həyata keçirmək, dini və irqi dözümlülük
göstərməmək bugünkü
Fransa reallıqlarıdır.
V.İsgəndərov qeyd edib ki,
Fransa artıq Afrikadan mərhələli
şəkildə çıxmağa
başlayıb: "Bu
ölkə Avropada öz nüfuzunu Makron siyasətinə görə hər gün itirməkdədir. İndi də Fransa özünə 1000 kilometrlərlə uzaqda olan Cənubi Qafqaza hər vəchlə soxulmağa çalışır. Təbii
ki, qarşısında
güclü, müstəqil
siyasət yürüdən
Azərbaycanı gördükcə
militarist siyasətini bir az da
tündləşdirməyə başlayıb. Qeyd etmək lazımdır ki, Ermənistanın ağa axtarmaq siyasəti qədimdən belədir və bu yarımdövlət həmişə digər böyük ölkələrə
sığınaraq "siyasət"
həyata keçirib,
sonda da həmin ağasına xəyanət edib. Bu gün Rusiya
ilə siyasətdə
Ermənistanın bu hərəkətlərini aydın
görürük".
Deputat vurğulayıb
ki, Fransa müharibənin artıq bitdiyini, qarşıdurmaya
son qoyulduğunu anlamalıdır. Azərbaycanın
uğurlu siyasəti ilə bölgəyə yeni nəfəs, bərpa-quruculuq işləri,
stabillik gəlib və bunun qarşısını
heç bir qüvvə ala bilməz. Azərbaycan-Ermənistan
arasında sülh gündəliyinin təqdim
olunması mərhələsidir.
İki ölkə arasında dövlət başçıları, xarici
işlər nazirləri,
baş nazir müavinləri səviyyəsində
komissiyalarda iş gedir, danışıqlar aparılır. Lakin Fransa və digər qüvvələrin
buna soxulmaq cəhdləri sülh sazişinin imzalanmasına
əngəl yaradır.
Vüqar İsgəndərov
düşünür ki,
Fransanın Ermənistanı
silahlandırmaqla bölgədə
gərginliyi saxlamaq cəhdləri iflasa uğrayacaq. "Çünki
qarşısında güclü
Azərbaycan, qardaş
Türkiyə var. Bu ölkələrin milli maraqları var və regionda
yalnız bölgə
ölkələrinin və
dövlətlərinin ortaq
maraqları işləyə
bilər. Bunun üçün də müvafiq işlər görülməkdədir. Fransa
və digər belə qüvvələr
bu bölgəyə soxulmağa cəhd etməklə yalnız uğursuzluğa düçar
olacaqlar", - deyə
V.İsgəndərov əlavə
edib.
Ə.QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
7 noyabr, № 244- S.5.