Azərbaycan
türk dünyasının
birləşdirici mərkəzidir
Noyabrın 3-də Astanada
Türk Dövlətləri
Təşkilatının (TDT) 10-cu Zirvə toplantısı keçirilib. Türk dünyası tarixinin əlamətdar hadisələrindən
hesab edilən bu toplantıda bir sıra məsələlər
ətrafında müzakirələr
aparılıb, gələcək
prioritetlər müəyyənləşdirilib.
Bu sammit türk dövlətlərinin
yeni mərhələyə
qədəm qoyduqlarını
və beynəlxalq siyasətdə ortaq mövqe sərgilədiklərini
sübut edir.
Mövzu ilə
bağlı qəzetimizə
danışan Milli Məclisin deputatı Musa Qasımlı bu təşkilatın yaradılma tarixindən
söz açıb. Qeyd edib ki,
ideyası Prezident İlham Əliyevə məxsus olan Türk Dövlətləri
Təşkilatının tarixi
Naxçıvan toplantısından
başlayır.
Astanada keçirilən
yubiley Zirvə görüşünün böyük
tarixi əhəmiyyətinə
və bu toplantının "Türk
Əsri" adı altında keçirilməsinə
diqqət çəkən
Musa Qasımlı qeyd edib ki,
dövlət başçılarının
əməkdaşlıq məsələlərini
müzakirə etmələri,
liderlərin çıxışları
mövcud vəziyyəti
və perspektivləri
əhatə edir. Zirvə toplantısı nəticəsində bir daha aydın oldu ki, qədimdən
türk xalqlarının
yurdu olan və dünyanın ürəyi hesab edilən Avrasiyaya bu gün də
məhz türk xalqları hakimdirlər. Həmçinin bu təşkilata üzv ölkələrin əməkdaşlığı
üçüncü dövlətə
və dövlətlər
qrupuna qarşı yönəlməyib.
Deputatın sözlərinə
görə, Prezident İlham Əliyevin toplantıdakı nitqi Avrasiya məkanında, bütövlükdə dünyada
dövlətimizin tutduğu
önəmli yeri, oynadığı rolu göstərdi. Azərbaycanın
birləşdirici bir körpü olduğu yenə öz təsdiqini tapdı. "Dövlət başçısı
çıxışı zamanı
Azərbaycanın tranzit
imkanlarını bir daha önə çəkdi. Eyni zamanda 30 ilə yaxın işğal dövründə Ermənistanın
vəhşi siyasətinin
mahiyyətini, bəzi
dövlətlərin və
beynəlxalq təşkilatların
ikili standartlara dayanan siyasətini ifşa etdi. Torpaqlarımızın işğaldan
azad edilməsindən
keçən üç
ildə Azərbaycan dövlətinin böyük
işlər gördüyünü
bildirdi. Ən gözəl xəbərlərdən
biri isə 2026-cı ilə qədər 140 min nəfər soydaşımızın işğaldan
azad edilmiş ərazilərimizə dönəcəyinin,
dədə-baba torpaqlarında
məskunlaşacaqlarının müjdəsi oldu", - deyə deputat bildirib.
TDT-nin 10-cu Zirvə
toplantısının əvvəlki
toplantılardan tamam fərqli mühitdə keçirildiyini vurğulayan
Musa Qasımlı deyib: "Azərbaycan
2023-cü il aprelin
23-də 1991-ci ildən bəri
ilk dəfə olaraq dövlət sərhədləri üzərində
nəzarətini bərpa
etdi. Bu, müstəqillik tariximizdə
cənab Prezidentimizin yaratdığı bir ilk idi. Eyni
zamanda bu il oktyabrın 15-də cənab Prezident İlham Əliyevin Xankəndidə bayraq qaldırması və millətimizə müraciət
etməsi tarixi əhəmiyyətli hadisə
idi. Çünki
1988-ci ildən etibarən
ilk dəfə idi ki, suverenliyimiz
bütün ərazilərimizdə
bərqərar edilirdi.
Bu da Prezident
İlham Əliyevin müəllifliyi ilə tariximizdəki ən böyük ilklərdən
biridir".
Musa Qasımlı
hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün
bərpa edilməsi, sərhədlərimiz üzərində
nəzarətin qurulması
və suverenliyimizin tam bərqərar olması TDT-nin və türk xalqlarının tarixində
yeni mərhələ
açır. Ona görə də Astanada keçirilən toplantı xüsusilə perspektivlər baxımından
əhəmiyyətli hadisədir.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
7 noyabr, № 244- S.5.