LaçındaBayraq yürüşükeçirilib

 

 

Noyabrın 6-da Elm Təhsil Nazirliyi Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə LaçındaBayraq yürüşükeçirilib. 2014-cü ildən etibarən keçirilənBayraq yürüşübu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Elm təhsil nazirinin müavini Firudin Qurbanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Müdafiə Nazirliyinin nümayəndəsi, Elm Təhsil Nazirliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbərliyi əməkdaşları, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova digərləri tədbirdə iştirak ediblər.

Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söhbət açıb, azad olunan torpaqlarımızda sürətli tikinti-quruculuq işlərinin görüldüyünü vurğulayıblar.

Sonra muğam ifaçıları Ehtiram Hüseynov Firuz Səxavətin ifaları dinlənilib.

Daha sonra yürüşə start verilib. Əsgərlər Dövlət Bayrağını 3 kilometrdən artıq yol qət edərək seyrangah adlanan əraziyə gətiriblər. Yürüş zamanı hərbi orkestrin ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Yürüşdə, ümumilikdə, 200-dən çox insan iştirak edib. Yürüş laçınlılar tərəfindən maraqla qarşılanıb.

Yürüşün keçirilməsində məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.

Qeyd edək ki, Elm Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 NoyabrDövlət Bayrağı Gününə həsr olunmuş ənənəviBayraq yürüşütəşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

 

Azərbaycan.-2023.- 7 noyabr, ¹ 244.- S.8.