Xarici
səyyahlar Füzulidə
minaların partlayış
yolu ilə zərərsizləşdirilməsini izləyiblər
Xudafərin körpüsü
ilə tanışlıqdan
sonra Füzuli rayonuna səfər edən xarici səyyahlar Horadiz kəndi ərazisində minatəmizləmə prosesi
barədə məlumatlandırılıblar.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, səyahətçilərə Ermənistan tərəfindən
ərazilərin minalarla
çirkləndirilməsi, minaların və digər sursatların təmizlənməsi işləri
barədə məlumat
verilib. Bildirilib ki, Füzuli rayonu mina və
partlamamış hərbi
sursatlarla ən çox çirklənmiş
ərazilərdən biri
hesab edilir.
Xarici səyyahlar
sonra ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini
izləyiblər.
Qeyd edək ki, dünyaşöhrətli
4 əsas səyahətçilər
şəbəkəsindən biri olan NomadMania
klubunun 26 ölkəni
(ABŞ, Kanada, İsveçrə,
Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə
yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri
təşkil olunub. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis
başçılıq edib.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən iki ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.
Azərbaycan.-2023.- 7 noyabr, № 244.- S.6.