Xarici səyyahlar Füzulidə minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyiblər

 

Xudafərin körpüsü ilə tanışlıqdan sonra Füzuli rayonuna səfər edən xarici səyyahlar Horadiz kəndi ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyahətçilərə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, minaların digər sursatların təmizlənməsi işləri barədə məlumat verilib. Bildirilib ki, Füzuli rayonu mina partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri hesab edilir.

Xarici səyyahlar sonra ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyiblər.

Qeyd edək ki, dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya sair) təmsil edən 50 nəfərə yaxın geniş heyətinin Qarabağ Şərqi Zəngəzura səfəri təşkil olunub. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis başçılıq edib.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən iki ildə 8 dəfə Qarabağ Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.

 

Azərbaycan.-2023.- 7 noyabr, № 244.- S.6.