Dünyanın
26 ölkəsini təmsil
edən səyyahlar Xudafərin körpüsü
ilə tanış olublar
Dünyaşöhrətli 4 əsas səyahətçilər
şəbəkəsindən biri olan NomadMania
klubunun 26 ölkəni
(ABŞ, Kanada, İsveçrə,
Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə
yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri
davam edir. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis
başçılıq edir.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, dünya səyyahlarının
işğaldan azad edilən ərazilərə
səfərinin növbəti
dayanacağı Cəbrayıl
rayonu olub. Onlar Xudafərin körpüsü ilə yaxından tanış olublar. Səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
Ordumuzun böyük qəhrəmanlığı nəticəsində
azad olunan Cəbrayıl rayonu, o cümlədən Xudafərin
körpüsü barədə,
həmçinin Ermənistan
silahlı qüvvələrinin
işğal dövründə
törətdiyi vəhşiliklər
və cinayət izləri haqqında məlumat verilib.
Bildirilib ki, ümumdünya əhəmiyyətli
tarixi hadisələrlə
bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis
həlli və sair xüsusiyyətlərinə
görə Xudafərin
körpüləri Azərbaycan
memarlığının universal
dəyərli abidələridir.
Tarixən İpək
Yolunun üzərində
yerləşən körpülərdən
biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək
sənətkarlığın inkişafından xəbər
verir.
Diqqətə çatdırılıb
ki, digər ərazilər kimi, bu yerlər də dağıntılara
məruz qalıb, işğal illərində
evlər dağıdılıb,
təbiət isə məhv edilib. Burada da bir
çox tarixi dini abidələr ermənilər tərəfindən
təhqir edilib, məscidlər tövlə
kimi istifadə olunub. Həmçinin qəbirlər qazılaraq
dağıdılıb. Vurğulanıb
ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda
həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən
mühüm layihələr
üzrə işlər
aparılır.
Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin
- ETIC, MTP, TCC, NomadMania və
əksəriyyəti bu
klubların üzvləri
olan türklərin birləşdiyi Türkiyə
Gəzginlər Klubunun,
Böyük Britaniyanın
"Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri
ötən iki ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura
səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan 1-i 2021-ci ildə,
4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.
Dünyanın səyyah
elitasının Qarabağ
və Şərqi Zəngəzura bu ardıcıl səfərləri,
hər dəfə heyətin daha da genişlənməsi onu göstərir ki, bölgədə
qısa müddətdə
Azərbaycan dövlətinin
apardığı nəhəng
və genişmiqyaslı
quruculuq işləri dünyada heyrətlə qarşılanır. Bu səfərlər
işğaldan azad edilmiş ərazilərin
“black tourism” çərçivəsində
tanıdılması, Ermənistanın
törətdiyi müharibə
cinayətlərinin yerində
nümayişi üçün
də müstəsna əhəmiyyət daşıyır.
Azərbaycan.-2023.- 7 noyabr,
¹ 244.- S.6.