Tədavüldən çıxarılmış pul nişanlarının (saxta pul nişanları istisna olmaqla) məhv edilməsi Qaydaları”nın təsdiqi Tədavüldən çıxarılmış kağız metal pul nişanlarının məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 iyul tarixli 333-25 nömrəli Qərarının ləğv edilməsi barədə

 

¹ 394

 

 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqındaAzərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının 2.4-cü bəndinə uyğun olaraq Tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 2293 nömrəli Sərəncamının ləğv edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 avqust tarixli 4025 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tədavüldən çıxarılmış pul nişanlarının (saxta pul nişanları istisna olmaqla) məhv edilməsi Qaydalarıtəsdiq edilsin (əlavə olunur).

2. “Tədavüldən çıxarılmış kağız metal pul nişanlarının məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 iyul tarixli 333-25 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Preziden-tinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmişİcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 noyabr 2023-cü il

Azərbaycan.-2023.- 5 noyabr, ¹ 243. - S.5.