Pənahəli xan küçəsindəki
bir sıra binalarda Heydər Əliyev Fondu tərəfindən həyata
keçiriləcək bərpa
və yenidənqurma layihələri ilə tanışlıq
Zəfər Komandanı Zəfər gününü Qarabağda
qeyd edir
Noyabrın 7-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada
Pənahəli xan küçəsində yerləşən
bir sıra binalarda həyata keçiriləcək bərpa
və yenidənqurma layihələri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Prezidentin
köməkçisi Anar
Ələkbərov dövlətimizin
başçısına və
birinci xanıma görüləcək işlər
barədə məlumat
verdi.
Bildirildi ki, Pənahəli xan küçəsindəki bir sıra binaların bərpası və yenidən qurulması yüksək səviyyədə həyata keçiriləcək.
Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.2.