Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
Daxili Qoşunların
Baş İdarəsinin
həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq
vəzifə maaşlarının
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının
sosial müdafiəsini
gücləndirmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının
aylıq vəzifə
maaşları orta hesabla 20 faiz artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli
üçün zəruri
tədbirlər görsünlər.
4. Bu Fərman
2024-cü il yanvarın
1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
8 noyabr, № 245.- S.8.