Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin
hərbi qulluqçularının
vəzifə maaşlarının
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
Xüsusi Təyinatlı
Qüvvələrinin hərbi
qulluqçularının sosial
müdafiəsini gücləndirmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
Xüsusi Təyinatlı
Qüvvələrinin zabit,
gizir və müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq
vəzifə maaşları
orta hesabla 2,1 dəfə artırılsın.
2. Bu Fərmanın
1-ci hissəsində nəzərdə
tutulan hərbi qulluqçular üçün
artım əmsalı
tətbiq edilsin.
3. Müəyyən edilsin ki, bu
Fərmanın 2-ci hissəsində
nəzərdə tutulan
artım əmsalı
hərbi qulluqçulara
Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
ilə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi arasında hər müvafiq büdcə ili üzrə razılaşdırılmış
say və tərkibə uyğun olaraq, yalnız xidməti vəzifələrin
icrası zamanı Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
tərəfindən ödənilir.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bir ay müddətində:
4.1. bu Fərmanın
1-ci hissəsinə uyğun
olaraq, hərbi qulluqçuların vəzifə
maaşlarının məbləğini
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.2. bu Fərmanın
2-ci hissəsində nəzərdə
tutulan artım əmsalının məbləğinin
yuxarı həddini müəyyən edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.3. bu Fərmanın
6-cı hissəsinə uyğun
olaraq, vəzifələrin
siyahısını və
həmin vəzifələr
üzrə hərbi qulluqçuların vəzifə
maaşlarının məbləğini
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
4.4. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
5. Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi:
5.1. bu Fərmanın
2-ci hissəsində nəzərdə
tutulan artım əmsalının məbləğini
bu Fərmanın
4.2-ci bəndini və
hərbi qulluqçuların
yerinə yetirdikləri
tapşırıqların xüsusiyyətlərini
nəzərə almaqla
iki ay müddətində
müəyyən etsin;
5.2. bu Fərmandan
irəli gələn digər məsələlərin
həlli üçün
zəruri tədbirlər
görsün.
6. Bu Fərman
2022-ci il dekabrın
1-dən (bu Fərmanın
1-ci hissəsi – siyahısı
Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən
edilən vəzifələr
üzrə 2023-cü il
yanvarın 1-dən) tətbiq
edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 noyabr 2023-cü il
Azərbaycan.-2023.- 8 noyabr,
№ 245.- S.8.