Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının
aylıq vəzifə
maaşlarının artırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial
müdafiəsini gücləndirmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq
vəzifə maaşları
orta hesabla 20 faiz artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin
həlli üçün
zəruri tədbirlər
görsünlər.
4. Bu Fərman
2024-cü il yanvarın
1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
8 noyabr, № 245.- S.8.