Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası
Qaydası”nda dəyişiklik edilməsi
haqqında
¹ 409
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Əhalinin sağlamlığının
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 31 may tarixli 896-VIQD nömrəli
Qanu-nunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının
qorunması haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə”
1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında”
2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” 2013-cü il 25
noyabr tarixli 38 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanının 5.2-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 11, maddə
1391) ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası
Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.3-cü bənddən “Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin tabeliyindəki
tibb müəssisələrinə
münasibətdə İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə
münasibətdə isə”
sözləri çıxarılsın.
2. 1.4-cü bənddən “Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin tabeliyindəki
tibb müəssisələrinə
münasibətdə İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə
münasibətdə isə”
sözləri çıxarılsın.
Əli
Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
7 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
8 noyabr, ¹ 245. - S.8.