“Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli
Cəmiyyətinin Azərbaycan
Respublikası Gənclər
və İdman Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda
və 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
dəyişiklik edilməsi
haqqında
¹
408
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
dövlət əmlakının
idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.11-ci bəndinə
uyğun olaraq, Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmış
təklifinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
tabeliyində olan “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin tabeliyinə verilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 11, maddə
1055; 2013, ¹ 1, maddə 75; 2014, ¹ 6, maddə 736; 2016, ¹ 5, maddə
955; 2017, ¹ 4, maddə 651; 2018, ¹ 3, maddə 580, ¹ 10, maddələr
2142, 2167; 2019, ¹ 3, maddələr 542, 543;
2021, ¹ 4, maddə 419, ¹ 11, maddə
1257; 2022, ¹ 1, maddə 58; 2023, ¹ 5, maddə 722; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 sentyabr tarixli 333 nömrəli Qərarı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısı”nın
11.3.2-ci yarımbəndinin sonunda
nöqtəli vergül
işarəsi nöqtə
işarəsi ilə əvəz olunsun və 11.4-cü bəndi ləğv edilsin.
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 12, maddə
1242; 2012, ¹ 3, maddə 260; 2013, ¹ 3, maddə 346; 2016, ¹ 1, maddə
181; 2019, ¹ 1, maddə 147, ¹ 5, maddələr 937, 955, 977; 2022, ¹ 7, maddə 818) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Gənclər və İdman Nazir-liyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın
“II. Təsərrüfathesablı qurumlar” bölməsinin
66-cı hissəsinin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və həmin bölməyə aşağıdakı
məzmunda 67-ci hissə
əlavə edilsin:
“67. “Bakı Kristal
Zalı” MMC.”.
4. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
və Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi bu Qərardan
irəli gələn məsələləri qanunvericilikdə
nəzərdə tutulmuş
qaydada həll etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
7 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
8 noyabr, ¹ 245. - S.8.