Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında saziş imzalanıb

 

 

 

Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov İvitsa Daçiç arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə hər iki tərəf ölkələr arasında mövcud olan əməkdaşlığın müxtəlif sahələrini strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsəd istiqamətləri hərtərəfli müzakirə ediblər. İki ölkə arasında qarşılıqlı inam hörmətə əsaslanan münasibət çərçivəsində iki ölkənin suverenliyinə ərazi bütövlüyünə verdiyi dəstək bir daha vurğulanıb.

Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji, əczaçılıq digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Azərbaycanın Şuşa Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşmış şəhər təcrübəsinin digər şəhərlərimiz arasında da yaradılmasının vacib olduğu bildirilib.

İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, əməkdaşlığın potensial sahələrinin müəyyən edilməsi ümumi maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan Serbiyanın müvafiq orqanlarının birgə səylərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə Cənub Qaz Dəhlizi çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi TAP birləşdirici boru kəmərləri vasitəsilə Serbiya Balkan regionuna təbii qazın nəqli imkanlarının araşdırılması məqsədilə başlanmış ikitərəfli məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Həmçinin Serbiyadan olan şirkətlər investorlar Ələt Azad İqtisadi Zonada, eləcə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi geniş miqyaslı bərpa işlərində iştirak etmək, eləcə bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunub.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi ölkəmizin Zəfər qazanmasından sonra sülh prosesi bölgədə aparılan bərpa yenidənqurma işləri barədə həmkarını ətraflı məlumatlandırıb. Bununla yanaşı, 24 saatlıq antiterror tədbirlərini şərtləndirən amillər suverenliyimizin tam bərpa edilməsindən sonra bölgədə yaranmış vəziyyət diqqətə çatdırılıb.

Nazir İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdiyini, suverenliyə ərazi bütövlüyünə ölkələrimizin qarşılıqlı dəstəyinin əhəmiyyəti qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sazişin imzalanma mərasimi baş tutub.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

Görüşlərdən sonra nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində dövlət katibi Qoran Aleksiç Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Belqradın Dostluq parkında Çinar ağacları əkiblər.

Eyni zamanda, nazir Ceyhun Bayramov XİN-in dövlət katibiTaşmaydanparkında Ulu Öndərin abidəsini ziyarət edib önünə əklil qoyublar.

 

Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.9.