Baş nazir Əli Əsədov Avropa Voleybol Konfederasiyasının Türkiyə Voleybol Federasiyasının prezidentləri ilə görüşüb

 

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 7-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa Voleybol Konfederasiyasının rəhbərliyinin Türkiyə Voleybol Federasiyası prezidentinin voleybol üzrə növbəti Azərbaycan çempionatının rəsmi açılış mərasimində iştirakı yüksək qiymətləndirilib.

Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə danışan Ə.Əsədov idmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğunu, ölkədə müasir idman infrastrukturunun yaradıldığını bildirib. Qeyd edilib ki, bütün bunlar idmançılarımızın beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayıb.

Bu gün voleybolun Azərbaycanda ən populyar idman növlərindən biri olduğu bildirilərək, dövlət tərəfindən onun inkişafına kütləviləşməsinə böyük diqqət yetirildiyi qeyd edilib.

Azərbaycan dövlətinin voleybolun inkişafına dəstəyini bundan sonra da davam etdirəcəyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan Voleybol Federasiyası beynəlxalq təşkilatlar, xüsusilə Avropa Voleybol Konfederasiyası, həmçinin Türkiyə Voleybol Federasiyası da daxil olmaqla, digər xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirmək əzmindədir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov iştirak edib.

 

Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.9.