Nazirlər
Kabinetində Azərbaycanın
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülmüş işlərin
nəticələrinə dair
iclas keçirilib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı
ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın
həyata keçirilməsi
ilə bağlı görülən işlər
və tədbirlərin
icra vəziyyəti barədə ildə 2 dəfə Azərbaycan Respublikasının Prezidentinə
məlumatın verilməsi
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılıb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
noyabrın 6-7-də Azərbaycan
Respublikası Nazirlər
Kabineti Aparatının
rəhbəri Rüfət
Məmmədovun rəhbərliyi
ilə “Strategiya”da
nəzərdə tutulan
tədbirlərin icrasının
nəticələri haqqında
iclas keçirilib. İclasda “Strategiya”nın
məqsədləri üçün
yaradılan 8 İşçi
qrupun üzvləri və əsas icraçı olan aidiyyəti dövlət qurumlarının rəhbərlərinin
müavinləri iştirak
ediblər.
İclasda “Strategiya”da
nəzərdə tutulmuş
tədbirlərin icrası
üzrə işlərin
gedişinə nəzarətin
birbaşa operativ, vaxtında və effektiv təmini məqsədilə yaradılmış
çoxfunksional rəqəmsal
platformanın Elektron Portalın təqdimatı
(azerbaijan2030.gov.az) keçirilib, İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin
icraçı direktoru
Vüsal Qasımlı
“Strategiya” qəbul olunandan sonra, o cümlədən 2023-cü ilin
birinci yarımilliyi üzrə “Strategiya”nın
icrası istiqamətində
aparılmış monitorinqin
nəticələri barədə
hazırlanmış hesabatla
çıxış edib
və ətraflı müzakirələr aparılıb.
Tədbirin yekununda “Strategiya”da nəzərdə tutulan tədbirlərin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Azərbaycan.-2023.- 8 noyabr, ¹ 245. - S.9.