Ölkəmiz növbəti
dəfə tarixi Zəfər Gününü
təntənəli şəkildə
qeyd edir. Uzun illər düşmənin işğalında
qalmış torpaqlarımızın
azad edilməsi, ərazi bütövlüyümüzün
bərpası bütün
azərbaycanlılara və
Azərbaycanı sevən
dostlara sevinc yaşadıb.
Ermənistanın təcavüzü
nəticəsində bir
milyondan artıq soydaşımız qaçqın
və məcburi köçkünə çevrilmişdir.
İşğal dövründə
düşmən Azərbaycan
ərazisində misli görünməmiş qırğınlar
törətmişdir. On minlərlə
soydaşımız həlak
olmuş, həmvətənlərimizi
tarixi torpaqlarımızı
tərk etməyə məcbur etmişlər. Nəticə etibarilə
XX əsrin ən böyük faciələrindən
biri sayılan Xocalı soyqrımı, habelə Meşəli faciəsi kimi böyük və ağrılı hadisələr
yaşanmışdır.
Ermənistanın işğal
planlarının qarşısını
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıtması aldı.
Ordunun qurulması və siyasi hərc-mərcliyə son qoyulması istiqamətində
aparılan genişmiqyaslı
işlər çərçivəsində
Ermənistanla atəşkəs
sazişi imzalandı.
Münaqişənin dinc
yolla nizama salınması məqsədilə
ATƏT-dən mandat almış dövlətlər
problemin həlli üçün heç bir ciddi addım
atmadılar. Beynəlxalq
ictimaiyyət Ermənistanın
bu özbaşınalığına
son qoymadı və törətdiyi cinayətlərə səssiz
qalmaqla kifayətləndi.
Dəfələrlə sülh sazişinin əsas elementləri üzərində birgə
razılığın əldə
olunmasına az qalmış Ermənistan bundan yayınır və destruktiv mövqe sərgiləyirdi.
Bu ölkənin baş naziri "Qarabağ Ermənistandır
və nöqtə"
deməklə sülhün
mümkün olmayacağını
və torpaqların dinc yolla geri
qaytarılmayacağını dünyaya nümayiş etdirdi. Belə olan halda isə
müharibə qaçılmaz
oldu.
Münaqişənin dondurulması və unudulmasına çalışan
düşmənin hansı
addımı atdığını
Azərbaycan Prezidenti yaxşı bilirdi. Nəyi nə vaxt və necə
etməyi hamıdan yaxşı bilən dövlət başçısı
düşmənin bu hərəkətlərinin fərqində
idi. Odur ki, Azərbaycan Ordusunun arsenalı müasir silahlarla zənginləşdirildi, hərbi
qulluqçuların peşəkarlığının
artırılması və
müasir silahlardan, döyüş sursatlarından
istifadə imkanlarının
genişləndirilməsi məqsədilə
sistemli iş aparıldı. Tarixə nəzər salsaq, görərik ki, ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
artırılması, Silahlı
Qüvvələrin maddi-texniki
bazasının möhkəmləndirilməsi
sahəsində nə
qədər ardıcıl
tədbirlər görülüb.
Məhz bu ordu öz Ali
Baş Komandanının
qüdrətli sərkərdəliyi
ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın
hərbi təcavüzünə
cavab olaraq qurtuluş savaşını
başladı və dünyanı heyrətə
salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə
işğal altında
qalan torpaqlarımız
44 gün ərzində
azad olundu. Qarabağın tacı, döyünən ürəyi
olan Şuşanın
azad edilməsi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra
isə işğalçı
Ermənistan təslimolma
sənədinə imza
atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının
27 il kağız üzərində qalmış
qətnamələrini Azərbaycan
özü icra etdi.
Dünya hərb
tarixində xüsusi yer tutan bu
müharibə Prezident
İlham Əliyevin yüksək sərkərdəlik
məharətinin təcəssümü
oldu.
Qələbəni şərtləndirən
mühüm amillərdən
biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində
çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin
başçısı xarici
media vasitələrinə
30-dan çox müsahibə
verdi ki, bu da münaqişə
ilə bağlı həqiqətlərin beynəlxalq
ictimaiyyətə çatdırılmasında
mühüm rol oynadı.
Bu gün azad edilmiş ərazilər bərpa edilir, yenidən qurulur. Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı
strateji infrastruktur obyektlərinin açılışını
edir, yenilərinin təməlini qoyur. Füzuli və Zəngilan aeroportları artıq təyyarələri
qəbul edir, Zəfər yolunun tikintisi tamamlanıb, şəhərlərin, kəndlərin
bərpasının təməli
qoyulub.
44 günlük Vətən
müharibəsində qazandığımız
böyük zəfər,
torpaqlarımızın işğaldan
azad edilməsi Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin yürütdüyü
siyasətin nəticəsidir.
Bu hadisə tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur.
Bu zəfərə gedən yol uzun illərin ağır zəhməti,
mürəkkəb çağırışları
və çətin mübarizəsi ilə doludur.
Bu ilin sentyabr ayında 24 saatdan da az
müddətdə həyata
keçirilmiş lokal
xarakterli antiterror tədbirləri nəticəsində
isə suverenliyimiz tam bərqərar edildi.
Bütün bunların
nəticəsində tariximizin
ən böyük çağırışlarını həll etdik. Amma çağırışlar
davam edir. Yeni və təxirəsalınmaz çağırışlar
qarşımızda durur:
Zəfərimizin nəticələrini
beynəlxalq səviyyədə
tam surətdə tanıtmaq, təsbit etmək və Böyük qayıdışı
uğurla həyata keçirmək.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan
hər iki istiqamətdə uğurlu
siyasət yürüdür.
Vətən müharibəsində
başladığımız Zəfər yürüşü
indi beynəlxalq diplomatik sahədə və tikinti meydanına çevrilən
Qarabağ və Şərqi Zəngəzurda
əzm və qətiyyətlə paralel
surətdə davam edir.
Adil ƏLİYEV,
Milli Məclisin
Sədr müavini, Gənclər və idman komitəsinin sədri
Azərbaycan.-2023.-
8 noyabr, № 245. - S.10.