YAP-ın təşkilatçılığı ilə? Harada? zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib

 

Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən? Harada? zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “? Harada? zaman?” intellektual oyununun nəticələri barədə hesabat verib. O bildirib ki, intellektual oyunun əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən YAP üzvü bitərəf gənclər arasında şəbəkələşmənin dərinləşdirilməsi, Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyəti haqqında gənclərin bilik səviyyəsinin artırılması gənclərin intellektual inkişafının, komanda ruhunda işləmək bacarıqlarının təşviqi olub.

Qeyd edilib ki, “Azərbaycan İntellektual Klublar Assosiasiyasıİctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP-ın yerli təşkilatlarını Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Xaçmaz, Qəbələ, Gəncə, Ağcabədi, Cəlilabad, Kürdəmir Naxçıvanda təşkil olunub. Seçmə mərhələsinin nəticəsinə uyğun olaraq 22 komanda finala vəsiqə qazanıb, komandalardan birində oyunun Əsasnaməsi ilə müəyyən edilmiş qaydaların pozulması aşkar edildiyindən final mərhələsindən kənarlaşdırılıb. Nəticədə final mərhələsi 21 komandanın iştirakı ilə baş tutub.

B.İslamov diqqətə çatdırıb ki, 85 komandanın tərkibində iştirak edən 680 nəfərin 217-si bitərəf, 463-ü isə YAP-ın üzvü olan gənclərdir. Final mərhələsində iştirakçılara 3 tur üzrə 45 sual ünvanlanmış qalib komandalar müəyyənləşmişdir.

Tədbirdə I, II, III yerləri tutmuş Səbail, Hacıqabul Nərimanov komandalarının oyunçuları müvafiq diplomlar, medallar xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.

III yerin qalibiNərimanov komandasını YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, II yerin qalibi - Hacıqabul komandasını YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, I yerin qalibiSəbail komandasını isə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu yarışma gənclərimizin intellektual inkişafı, onların şəbəkələşməsi, dostluq əlaqələrinin qurulması müasir tariximizdə baş verən hadisələrin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. O, intellektual yarışmada iştirak edən bütün gəncləri, xüsusilə qalibləri təbrik edərək vurğulayıb ki, bu yarışa qatılan hər bir gənc özünü qalib hesab edə bilər. Tahir Budaqov diqqətə çatdırıb ki, belə intellektual yarışlarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə Yeni Azərbaycan Partiyasının prinsiplərinə olan inamın ifadəsidir.

YAP Sədrinin müavini bildirib ki, bu gün Azərbaycan Heydər Əliyev ideyalarından Ümummilli Liderin zəngin dövlətçilik irsindən bəhrələnərək möhtəşəm uğurlara imza atır. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi davamlı olaraq möhkəmlənir. Artıq regionda dünyada söz sahibinə çevrilən Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi ilə Türk dünyasının inkişafına da öz töhfələrini verir. Təbii ki, müasir dövlətçilik tariximizin zirvə hadisəsi üçüncü ildönümünü qeyd etdiyimiz şanlı Zəfərdir. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm ərazi bütövlüyünü bərpa etdi, milli qürur ləyaqətimizi özümüzə qaytardı. Şanlı Zəfər dövlətçilik tariximizin ən şərəfli möhtəşəm hadisəsidir.

YAP Mərkəzi Aparatının rəhbəri gəncləri hər zaman Heydər Əliyev ideyalarına sadiq olmağa Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb. T.Budaqov 8 Noyabr - Zəfər Günü 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Sonra YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görəŞərəfordeni ilə təltif edilmiş Əli Həsənova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəliVətənə xidmətə görəordeni ilə təltif edilmiş Sudeif İmamverdiyevə ordenləri təqdim edib.

Göstərilən diqqətə fəaliyyətinə verilən qiymətə görə dövlət başçısına təşəkkürünü bildirən Əli Həsənov Azərbaycanı tərəqqi Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına daim sadiq olduğunu diqqətə çatdırıb. Əli Həsənov bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. O, Ümummilli Liderin ideyaları əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişaf etdiyini söyləyib. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin təmin edilməsi ilə Prezident İlham Əliyev güclü sərkərdə kimi tarixə öz möhürünü vurub.

Əli Həsənov Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra ardıcıl məqsədyönlü işlər görüldüyünü diqqətə çatdıraraq deyib: “VII Qurultaydan sonra partiyanın həyatında keyfiyyətcə yeni mərhələ başlayıb. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq həyata keçirilən tədbirlər mühüm nəticələrin diqqətəlayiq uğurların qazanılmasını, YAP-ın beynəlxalq müstəvidə nüfuzunun artmasını şərtləndirib”.

S.İmamverdiyev çıxışında bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən xalq qarşısında misilsiz xidmətlər göstərdiyini qeyd edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı, müasir Azərbaycanın banisi kimi xalqımızın qəlbində daim yaşayacaq. S.İmamverdiyev Heydər Əliyevin liderliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının tarixi xidmətlərini diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyev Prezident İlham Əliyev tərəfindən təltif olunmasını həyatının ən mühüm hadisələrindən biri kimi dəyərləndirib. S.İmamverdiyev gənclərə müstəqil Azərbaycanın gələcəyi naminə Heydər Əliyev ideyalarına Prezident İlham Əliyevin siyasətinə sadiq olmağı tövsiyə edib.

Daha sonra mərasimdə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, partiyanın Mərkəzi Aparatı öz fəaliyyətini Prezident İlham Əliyevin tapşırıq tövsiyələri, həmçinin yeni dövrün çağırışları əsasında qurur bu istiqamətdə mühüm addımlar atılır. “Partiyamızın VII Qurultayından sonra bir sıra normativ-hüquqi sənədlər, yeni Nizamnamə Proqram qəbul olunub digər tədbirlər görülüb. Bütün bunlar Yeni Azərbaycan Partiyasının daha çevik mütəşəkkil fəaliyyəti üçün zəmin yaradır. Sevindirici haldır ki, gənclər partiyamıza axın edir, öz gələcək fəaliyyətlərini Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası ilə bağlayırlar”, - deyən Tahir Budaqov vurğulayıb ki, yeniliklərdən biri Yeni Azərbaycan Partiyasının himninin hazırlanmasıdır. YAP Sədrinin müavini partiyanın himninin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edilib ki, himnin sözlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Şöhrət" ordeni laureatı, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, musiqisinin müəllifi isə Xalq artisti, "Şöhrət" ordeni laureatı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, bəstəkar Faiq Sücəddinovdur.

Çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Şöhrət" ordeni laureatı, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu hazırda xalqımızın tarixi günlər yaşadığını bildirib. Diqqətə çatdırıb ki, xalqımız Zəfər bayramının təntənəsini yaşamaqdadır.

İndiyədək mindən çox əsər yazdığını deyən Baba Vəziroğlu onların sırasında Ulu Öndər Heydər Əliyevə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş əsərlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Xalq artisti, "Şöhrət" ordeni laureatı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, bəstəkar Faiq Sücəddinov da Yeni Azərbaycan Partiyasının himninin ərsəyə gətirilməsinin önəmindən bəhs edib. O bildirib ki, partiyanın qurucusu Heydər Əliyev hazırda lideri olan Prezident İlham Əliyev Azərbaycan xalqının taleyində əvəzolunmaz rol oynayan tarixi şəxsiyyətlərdir.

Sonra Yeni Azərbaycan Partiyasının Himninin təqdimatı olub. Himni Opera balet Teatrının Xor kollektivinin müşayiəti, Zülfiyyə İbrahimovanın drijorluğu ilə Xalq artisti, Prezident mükafatçısı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Samir Cəfərov ifa edib.

Sonda himnin hazırlanmasında səsləndirilməsində əməyi olan şəxslərə Yeni Azərbaycan Partiyasının xatirə hədiyyələri təqdim olunub.

 

Azərbaycan.-2023.- 8 noyabr, ¹ 245. - S.10.