Tariximizin zəfər salnaməsi

 

 

44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən 3 il ötür. Olduqca qürurvericidir ki, biz Zəfər Gününü bu dəfə bir qədər fərqli daha böyük coşqu ilə qarşılayırıq. Çünki artıq Qarabağda erməni separatizminə son qoyulub, Azərbaycan dövləti bütün əraziləri üzərində özünün suverenliyini təmin edib. Artıq Xankəndi şəhərində Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanır.

Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanısa da, artıq keçmişdə qalmış Qarabağ probleminin həllində vasitəçilər hər zaman ikili standartlardan çıxış etdilər, işğalçını öz adı ilə çağırmaqdan, BMT-nin qətnamələrinin icrasını Ermənistandan tələb etməkdən uzaq oldular.

Torpaqlarımızın azad edilməsindən sonra təsdiqini tapan əsas həqiqətlərdən biri budur ki, ATƏT-in artıq fəaliyyətini dayandırmış Minsk qrupunun həmsədri  kimi Fransanın əsl niyyəti Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması olub. Fransa başda olmaqla dünya erməniliyi düşünürdü ki, Azərbaycan xalqı zamanla reallıqları qəbul edəcək.

Lakin yanılırdılar, çünki Azərbaycan xalqı torpaqlarının işğal altında qalması faktı ilə barışa bilməzdi. Eyni zamanda hər bir azərbaycanlı əmin idi inanırdı ki, ərazilərimiz mütləq işğaldan azad ediləcək. Bu əminliyi təmin edən, inamı gücləndirən isə Ulu Öndər Heydər Əliyevlə başlanan, Prezident İlham Əliyevlə davam edən siyasət idi. Cənab İlham Əliyev hələ 20 il əvvəl, ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildə keçirilən andiçmə mərasimində bununla bağlı mövqeyini belə ifadə etmişdi: "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin Azərbaycanı dinamik inkişaf yoluna çıxarması həm torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasına imkanlar yaratdı. Bu inkişafdan irəli gələrək ordumuz tamamilə yenidən quruldu, döyüş imkanları ən yüksək səviyyəyə çatdırıldı, hərbi arsenalımız ən müasir silah texnika ilə zənginləşdirildi. Eyni zamanda Prezident İlham Əliyev diplomatik cəbhədə uğurlu fəaliyyət nümunəsi ortaya qoydu, bütün siyasi platformalarda Ermənistanın işğalçılıq siyasətini, saxta erməni iddialarını darmadağın etdi.

Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra baş verənlər tədricən sülh danışıqlarının mənasız olduğunu göstərməyə başlamışdı. Bu ölkənin baş naziri N.Paşinyanın "Qarabağ Ermənistandır" deməsi, Şuşada separatçı rejimin andiçmə mərasiminin keçirilməsi, işğal olunmuş torpaqlarımızda Suriya Livandan köçürülmüş ermənilərin yerləşdirilməsi, erməni silahlı qüvvələrinin Tovuzda hərbi təxribat törətmələri göstərirdi ki, Ermənistan danışıqlar pərdəsi altında imitasiya ilə məşğuldur. 2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribat isə artıq müharibəni qaçılmaz etdi. Həmin gün öz tarixi missiyasına başlayan Azərbaycan Silahlı Qüvvələri həyata keçirdiyi "dəmir yumruq" əməliyyatı ilə bir-birinin ardınca şəhər kəndlərimizi işğaldan azad etdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuz  cəmi 44 günə 30 illik işğala son qoydu. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu. Şuşa şəhərinin işğaldan azad edildiyi tarix isə Zəfər Günü elan olundu.

44 günlük Vətən müharibəsində mərd oğullarımız torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşdülər, O cümlədən Əlahiddə Ümumqoşun Ordunun bölmələri böyük fədakarlıqlar göstərdilər, qəhrəmanlıqları ilə dastanlar yazdılar. Əlbəttə, müharibə qansız ötüşmür, "Torpaq əgər uğrunda ölən varsa vətəndir". Azərbaycan əsgəri bu savaşda ölümün gözünə dik baxdı, torpaqlarımızın azadlığı uğrunda müqəddəs şəhidlik mərtəbəsinə yüksəldi. Biz Zəfər Günündə bir daha şəhidlərimizi yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik.

Əvvəldə qeyd etdiyim kimi, hələ işğal dövründə dünya erməniliyi xalqımızın reallıqları qəbul edəcəyini düşünürdü. Lakin Vətən savaşında döyüşən oğullarımızın böyük əksəriyyətinin gənclər olması bir daha göstərdi ki,  nəsillər dəyişsə belə xalqımız işğal faktı ilə razılaşa bilməz. Vətən müharibəsində döyüşən gənclərimiz Qarabağı görməmişdilər. Lakin onlar mütərəqqi gənclər siyasətinin nəticəsi kimi vətənpərvər layiqli vətəndaş kimi yetişmişdilər. Bu mənada Azərbaycan gəncləri 44 günlük savaşda vətəni necə sevməyin ən gözəl nümunəsini ortaya qoydular. Onların vətənpərvərlikləri həm təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin parlaq təcəssümünə çevrildi.

Ümumiyyətlə, Vətən müharibəsinin başa çatmasından ötən 3 il istər hərbi, istər diplomatik müstəvidə Azərbaycanın uğurları ilə əlamətdardır. Bu dövrun ən böyük hərbi-siyasi hadisəsi isə Qarabağda milli suverenliyimizin tam bərpa edilməsi oldu. Sözdən anlamayan, Azərbaycan qanunlarına tabe olmaq istəməyən ermənilərin bu dəfə başlarına dəyən "dəmir yumruq"dan sonra Azərbaycanın şərtlərinə əməl etməkdən başqa yolları qalmadı. Bu hadisə ilə Prezident İlham Əliyev cəmi 23 saat ərzində erməni separatizmini darmadağın etdi, onu tarixdən sildi, erməni təəssübkeşlərinin çirkin planlarını iflasa uğratdı.

İndi dönüb tarixə ekskurs edəndə, ötən 20 ildə getdiyimiz inkişaf yoluna nəzər salanda bir daha görürük ki, Prezident İlham Əliyev bu illər ərzində Azərbaycanın iqtisadi yüksəlişini təmin etməklə, respublikamızın beynəlxalq mövqelərini gücləndirməklə, onu regionda dünyada söz sahibi etməklə, o cümlədən qlobal müstəvidə hücum diplomatiyası yürüdərək erməni saxtakarlıqlarını ifşa etməklə həm torpaqlarımızın işğaldan azad edilməsi Qarabağda erməni separatizminə son qoyulması üçün etibarlı təməllər formalaşdırıb. Bu mənada cənab İlham Əliyevin "Nəyi necə, vaxt etmək lazımdır, bunu mən bilirəm" sözləri məhz bu reallıqlara əsaslanaraq, dövlətimizin başçısının milli maraqlarımızın təmin edilməsi istiqamətində həyata keçirdiyi təmkinli, düşünülmüş praqmatik siyasətinin ifadəsidir.

Artıq Azərbaycanın ərazi bütövlüyü suverenliyi tam təmin olunub. Qarabağ Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işləri isə qalibiyyətimizi bütün dünyaya bəyan edir. Bu uğurlarımızın memarı olan Prezident İlham Əliyevin əzmkar siyasəti ilə xalqımız həm Böyük qayıdışın təntənəsini sevincini yaşayır. Zəfər Günümüz mübarək olsun!

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.13.