44 günə yazılan qəhrəmanlıq dastanı

 

 

2003-cü ildə ilk dəfə Prezident seçilərkən İlham Əliyevin qarşısına qoyduğu əsas hədəflər Azərbaycanı inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq, milli birliyi möhkəmləndirmək, ordunu gücləndirmək torpaqlarımızı erməni  işğalından azad etmək idi. Bu məqsədlərə çatmaq üçün Azərbaycan ilk növbədə böyük inkişafa nail oldu.

Məlumdur ki, güclü ordu dövlətçiliyin əsas sütunlarından biridir. Elə buna görə dövlət büdcəsində ən çox xərclər ölkənin müdafiə qabiliyyətinin artırılması ilə bağlı olub. Ötən illər ərzində ordumuza müasir silahlar alınıb, mütəmadi təlimlər keçirməklə Silahlı Qüvvələrin peşəkarlığı artırılıb, müdafiə sənayesi qurulub, eyni zamanda hərbçilərin maddi həyat şəraitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb.

Sözsüz ki, ordunun gücləndirilməsi üçün ölkənin güclü iqtisadiyyatı olmalı idi. Bu da çox vaxt almadı, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadi müstəqilliyə çatdı. Transmilli qlobal layihələr reallaşdırıldı, ölkəmizin beynəlxalq əhəmiyyəti artaraq dünya sisteminin nüfuzlu aktoruna çevrildi. İqtisadi müstəqilliyimizin əldə olunması bizi  siyasi müstəqilliyə qovuşdurdu. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünya siyasi arenasında heç nədən çəkinməyərək öz qətiyyətli mövqeyini ortaya qoyur.

Düşmənin təxribatlarının qarşısını almaq üçün 2020-ci il sentyabrın 27-də ordumuzun başladığı əməliyyat torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Yaxşı xatırlayırıq, həmin vaxt arxa cəbhədə olan insanlar milli  birlik həmrəylik nümayiş etdirərək "hər şey ordu üçün" çağırışı altında birləşdilər. Ölkəmizdəki demək olar ki, bütün siyasi partiyalar öz fərqli siyasi baxışlarını kənara qoyaraq dövlətlə həmrəy olduqlarını nümayiş etdirdilər. Milli, dini, etnik mənsubiyyətindən asılı olmayaraq hamı silaha sarıldı. Hər bir azərbaycanlının arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Belə bir birlik həmrəylik dünyada görünməmişdi.

Vətən müharibəsinin davam etdiyi 44 günün hər biri qəhrəmanlıq salnaməsi oldu. Döyüşlərin başlandığı ilk gündən rəşadətli ordumuz ancaq irəli getdi. 44 günün hər birində xalqımız qələbə sevincini yaşadı. Hamı Ali Baş Komandanın qələbə tvitlərini böyük sevinclə qarşıladı.

2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya sənədinə imza atdı. Bununla da Azərbaycan Zəfərini rəsmiləşdirdi. Azərbaycanın bu Zəfəri qazanmaqla son 200 ilik tariximizin yeni bir səhifəsini yazdı. Bu, qalib Azərbaycanın səhifəsi idi. Çünki son 200 ildə biz torpaqlarımızı ancaq itirə-itirə gəlirdik. Prezident İlham Əliyevin rəhbərliyi altında isə Azərbaycan tarixdə ilk dəfə olaraq öz torpaqlarını işğaldan azad edərək xalqımıza yeni imic yaratdı. Bu, Qalib imicidir.

Qələbənin qazanılmasında qardaş Türkiyənin verdiyi siyasi dəstək xüsusilə qeyd olunmalıdır. Müharibənin başlandığı ilk gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "azərbaycanlı qardaşlarımızın  yanındayıq" ifadəsini bəyan etməsi ölkəmizə düşmən gözü ilə baxaraq haqq işimizə müdaxilə etmək istəyən dairələri çirkin niyyətlərindən yayındırdı. Türkiyənin yanımızda olması bizə yeni bir güc verdi haqq işimizi inamla başa çatdırmağımıza yol açdı. Zəfər paradında iki qardaş ölkənin prezidentləri İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın  çiyin-çiyinə dayanması dünyaya bir mesaj oldu bu, məğlubedilməz yeni bir gücün bu günün yeni reallığı olduğunu nümayiş etdirdi. Nəhayət, 19 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Xankəndidə bayrağımızı dalğalandıraraq bütün ərazilərimizdə suverenliyimizi bərpa edib, düşmən silahlılarının Qarabağda mövcudluğuna birdəfəlik nöqtə qoyduq.

2020-ci ilə qədər biz torpaqlarımızın işğal günlərini böyük nisgil içində xatırlayırdıqsa, bu  gün şəhər kəndlərimizin işğaldan azad olunması günlərini böyük sevinclə qeyd edirik. Son üç ildə işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa olunur. Böyük Qayıdışa dair Dövlət Proqramı sürətlə icra edilir keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən şəhərlərin xüsusi günləri bayram təntənəsi ilə qeyd edilir.

Zəfərin qazanılmasında öz sinəsini düşmən gülləsinə sipər edərək canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı  diləyirəm. Azərbaycan öz qəhrəman övladları ilə fəxr edir, qürur duyur onları heç vaxt unutmayacaq!

 

Azər BADAMOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.13.