8 Noyabr Ali Baş Komandanımızın
və rəşadətli
ordumuzun Şuşanı
işğaldan azad etdiyi gündür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal
altında olan torpaqlarımız qəhrəman
şəhidlərimizin, əsgər
və zabitlərimizin,
qazilərimizin qanı
və canı bahasına işğaldan azad olundu.
Ali Baş Komandanımızın rəhbərliyi
ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni
diz çökdürərək
torpaqlarımızı işğalçılardan
təmizlədi və
ərazi bütövlüyümüzü
bərpa etdi. Tarixi ədalət yerini tapdı. Ali Baş Komandanımız
Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
Noyabrın 8-nin ölkəmizdə
Zəfər Günü
olması ilə bağlı sərəncamda
qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm
qələbəsini təmin
etdi. Ulu əcdadlarımızın zəngin
dövlətçilik və
hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi
yazaraq, özünün
qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən
üzərində tarixi
zəfər çaldı.
Dünyanın müxtəlif
ölkələrində yaşayan
azərbaycanlılar, habelə
Azərbaycanın haqq
işinə dəstək
verən digər xalqların nümayəndələri
erməni lobbisinin çirkin kampaniyalarına
qarşı fədakarlıqla
mübarizə apardılar.
Etnik və dini mənsubiyyətindən
asılı olmayaraq ölkəmizin bütün
vətəndaşları görünməmiş
həmrəylik nümayiş
etdirdilər, ön və arxa cəbhədə
sarsılmaz birlik yaratdılar. Bu birlik və həmrəylik haqlı olaraq "dəmir yumruq" kimi səciyyələndirilir.
Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə Füzulidə
və Zəngilanda beynəlxalq hava limanlarının inşa olunması, Zəngilanda
"ağıllı kənd",
"ağıllı şəhər"
layihələrinin icrası,
Zəfər yolunun inşası, işğaldan
azad olunmuş rayonların baş planlarının hazırlanması,
həmin ərazilərdə
dəmir yollarının
və avtomobil yollarının sürətli
çəkilişi, su-elektrik
stansiyalarının bərpası
və digər mühüm layihələrin
icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir.
Bir sözlə,
azad edilmiş ərazilərdə genişmiqyaslı
işlər görülür
- xəstəxanalar, məktəblər,
yaşayış binaları,
mədəniyyət obyektləri,
məscidlər tikilir.
Azad edilmiş torpaqlara həyat qayıdır.
Azərbaycan Ordusu
2023-cü il sentyabrın
19-20-də 23 saatlıq lokal
xarakterli antiterror tədbirləri nəticəsində
erməni separatçılarını
ağ bayraq qaldırmağa məcbur etdilər. Bu tarixi hadisədən sonra Azərbaycanın suverenliyinin bütün ərazilərimizdə tam
bərpa edilməsi Vətən müharibəsindən
sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi
qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə
yazıldı. Fəxarət
rəmzimiz üçrəngli,
ay-ulduzlu dövlət
bayrağımız sərhəddə
dalğalandırıldı. Bununla da Azərbaycanın
ərazi bütövlüyü
təmin olundu.
Qarşıda isə
bizi hələ mühüm vəzifələr
gözləyir. Heç
şübhəsiz ki,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin
öhdəsindən uğurla
və ləyaqətlə
gəlməyi bacaracaq.
Bu işdə hər birimizin üzərinə böyük
vəzifə və məsuliyyət düşür.
Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə
dəstəkləməli, hər
zaman onun yanında olmalıyıq.
Azərbaycanda xalq-iqtidar
birliyi dönməz və sarsılmazdır.
Azərbaycan xalqı
bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət,
hədsiz fərəh,
qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı
azad etməklə qalib dövlət və xalq kimi
tarixə düşdük.
Ceyhun MƏMMƏDOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
8 noyabr, № 245. - S.13.