Azərbaycanı qalibiyyətə aparan yol

 

 

XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən İran Şərqi Anadoludan qədim Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər 200 ildir ki, azərbaycanlılara qarşı təxribatlarını davam etdirirdilər. Məskunlaşdıqları ilk vaxtdan xislətlərinə uyğun olaraq Azərbaycan toponimlərini dəyişməyə, sıx yaşadıqları ərazilərdən azərbaycanlıları sıxışdırmağa başlamışdılar.

Baş verən tarixi hadisələrdən istifadə edən ermənilər xalqımıza qarşı qanlı cinayətlər törədir, havadarlarının köməyi ilə azərbaycanlı qadınları, uşaqları belə qətlə yetirirdilər. Rusiya inqilabının yaratdığı şəraitdən istifadə edərək ermənilər 1905-1907-ci 1918-ci illərdə 100 minlərlə azərbaycanlının həyatına son qoydular. 1918-1920-ci illərdə ermənilərin törətdikləri vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. İrəvanda, Zəngəzurda, Göyçədə, Şamaxıda, Gəncədə, Bakıda bir çox ərazidə ermənilər azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər, xalqımızı öz yurd yerlərindən qovdular.

Sovetlər İttifaqı dövründə - 1948-ci ildən SSRİ rəhbərliyi müxtəlif bəhanələrlə Ermənistan Respublikasında yaşayan 100 minlərlə azərbaycanlını minilliklərlə yaşadıqları öz doğma torpaqlarından Azərbaycana deportasiya etdi. Ağır şəraitdə yük vaqonlarında Azərbaycana göndərilən yüzlərlə soydaşımız yolda dünyasını dəyişdi.

1988-ci ildən başlayaraq erməni millətçiləri Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi məqsədilə mitinqlər keçirməyə başladılar. O vaxt Azərbaycana rəhbərlik edən şəxslər təəssüflər olsun ki, bu hadisələrin qarşısını almaqda acizlik göstərdilər. Qarabağdakı daşnaklar, xaricdən gələn terrorçular silahlı dəstələr yaradaraq azərbaycanlıları qətlə yetirdilər. 1991-ci ildən Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Vətəndaşlarımıza qarşı misli görünməmiş soyqırımı cinayəti törətdilər, şəhər kəndlərimizi viran qoydular.

Ermənistan BMT TŞ-nin məlum 4 qətnaməsini yerinə yetirməkdən imtina edirdi. İkili standartların mövcudluğu səbəbindən Ermənistana heç bir təzyiq göstərilmirdi. Münaqişənin tənzimlənməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə mövcud vəziyyətin dondurulmasına erməni işğalına xidmət edirdi.

Azərbaycan xalqı isə hər zaman öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı. 2003-cü il oktyabrın 15-də xalqımız Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Xalqımız bilirdi ki, torpaqlarımızı işğaldan yalnız İlham Əliyev kimi güclü bir lider azad edə bilər.

Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan müqəddəs amal uğrunda -  işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, usanmadan çalışdı. Dövlət başçısının gərgin əməyinin, güclü düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi. Xalqımız dünyada əzmkar, qürurlu xalq kimi tanındı. Vətən müharibəsində qazandığımız qələbəmizi şərtləndirən amillərdən biri Prezident İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlətə çevirməsi oldu. Məhz bu dayanıqlı iqtisadiyyat nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü Silahlı Qüvvələri sırasında yer aldı. Dövlət büdcəsindən ordumuza kifayət qədər vəsait ayrıldı. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz edildi.

Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi problemin həlli üçün hüquqi baza yaratdı. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı bir sıra beynəlxalq təşkilatlarda qətnamələr qəbul edildi. Görülən bütün fəaliyyət Azərbaycanı qalibiyyətə - 8 Noyabr Zəfərinə aparırdı.

Azərbaycan tarixində 8 Noyabr 2020-ci ildə qazandığımız böyük qələbəmizə bərabər tutula biləcək bir gün yaşamamışdıq. Azərbaycan dövlətinin xalqının qazandığı bu hərbi siyasi qələbə dünyada öz unikallığı ilə tarixə yazıldı. Dünya tarixində belə bir hadisə olmayıb ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər zabitləri böyük şücaət qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz zabitlərimiz torpaqlarımız dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi, müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət "dəmir yumruğ"a çevrildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin gücü, qüdrəti çatardı.

Prezident İlham Əliyevin hərb meydanında Müzəffər Sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə güclü siyasətçi olması öz təsdiqini tapdı. Dövlət başçımız 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gərdi mübarizlik rəmzinə çevrildi.

Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəyində yaşatdı. Vətəni dövləti sevməyi qorumağı hər şeydən üstün tutan gənclərimiz bu ruhda tərbiyə olundu. Müharibəni məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qazandıq.

Ulu Öndər Heydər Əliyev ictimaiyyətlə görüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri işğalda olan bütün torpaqlarımızı qaytaracağıq", - deyirdi.

Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. Dövlət başçımız verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin Ümummilli Liderin qəbrini ziyarət etməsi orada "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev dövlətinə, xalqına bağlı böyük şəxsiyyətdir. Ulu Öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapdı.

2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisə oldu Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Lakin Xankəndi ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri Qarabağdakı separatçılara məxsus silahlı dəstələr 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına zidd olaraq bu ərazilərdən çıxmamışdılar mülki vətəndaşlarımıza, hərbçilərimizə qarşı terror aktı törədirdilər. Bu il sentyabrın 19-da Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər.

2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi Azərbaycanın suverenliyi tam bərpa olundu. Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə qətlə yetirilmiş günahsız mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq.

Artıq Böyük qayıdış prosesinə start verilib. Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi artıq işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da bütün Azərbaycan xalqı İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşib.

8 Noyabr xalqımızın yaddaşında şanlı bir gün kimi qalacaq.

 

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor

Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.14.