Azərbaycan Ordusu son üç ildə
daha da güclənib
Vətən
müharibəsindən sonrakı dövrdə ordumuzun
imkanları, döyüş hazırlığı və
silah-texnika arsenalının daha da təkmilləşdirilməsi
istiqamətində mühüm islahatlar aparılıb.
İftixar hissi ilə
deyə bilərik ki,
qazanılan tarixi qələbədən sonra Qazaxdan
başlayaraq, Hadruta, Xudafərinədək, habelə
Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan-Ermənistan
dövlət sərhədi boyunca düşmən təxribatlarının
və erməni silahlı birləşmələrinin
hücumlarının qarşısını almaq,
insanların təhlükəsizliyinə lazımi təminat
yaratmaq üçün yeni sərhəd zastavaları və
müxtəlif təyinatlı hərbi hissələr
yaradılıb. Bu, Qarabağ
bölgəsinin 30 illik işğalına son qoyulmasında,
habelə erməni separatizminə qarşı antiterror tədbirlərinin
uğurla başa çatdırılmasında əsas amilə
çevrilməklə, Azərbaycan ictimaiyyətində
qürur hissi doğurur.
Cari il iyul
ayının sonuncu ongünlüyündə Azərbaycan
Prezidenti İlham Əliyev "4-cü Sənaye
İnqilabı dövründə Yeni Media" mövzusunda
Şuşa Qlobal Media Forumunda çıxışında bir daha vurğulamışdı:
"Biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin
nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin,
hətta hökumətinin tərkibində müəyyən
insanlar var ki, hələ də revanşist ideyalarla
yaşayır və onlar bunu gizlətmirlər. Ona görə
biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə
biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm
Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən
müdafiə sahəsində dərin islahatlar həyata
keçirməyə başlamışıq. Mən artıq
bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün
ordumuz üç il əvvəlki ordudan daha
güclüdür. Buna, əlbəttə ki, ehtiyac var".
Xəzər
Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri,
hərbi şərhçi Ramil Məmmədli bildirir ki, Ali
Baş Komandanın Azərbaycan Ordusunun imkanları,
gücü haqqında səsləndirdiyi fikirlər Silahlı
Qüvvələrimizdə son üç il ərzində həyata
keçirilən mühüm islahatlara diqqətin yönəldiyini
göstərir. 2020-ci ilin Vətən müharibəsindən
sonra ordumuzun imkanları, döyüş
hazırlığı və silah-texnika arsenalının daha
da təkmilləşdirilməsi üçün mərhələli
islahatlara start verilib. Bu gün Azərbaycan Ordusu üç il
əvvəlkindən daha güclüdür. Ali Baş
Komandanın tapşırığı ilə Silahlı
Qüvvələrimizdə yeni ordu birləşməsinin
yaradılmasına start verilib, Quru Qoşunlarının
komandanlığı, ümumiyyətlə, strukturu
formalaşdırılıb. Paralel olaraq Quru
Qoşunlarının tərkibində komanda hərbi birləşmələri
yaradılıb. Ordumuzun digər strukturlarında da silah-texnika
arsenalının təkmilləşdirilməsi
üçün ciddi işlər görülüb. İl ərzində
yeni texnologiyaların Azərbaycan Silahlı Qüvvələrinin
istifadəsinə verilməsi ordumuzun gücünü daha da
artırıb.
Döyüş
və aviasiya vasitələrinin təkmilləşdirilməsi
işləri həyata keçirilib, onların silah arsenalı
yenilənib, birgə əməliyyatların aparılması
istiqamətində bir sıra tədbirlər
görülüb. İyul ayının sonlarında Hərbi Dəniz
Qüvvələri, Hərbi Hava və Hava Hücumundan
Müdafiə Qüvvələri, həmçinin Quru
Qoşunlarının Xəzər dənizində birgə
keçirdiyi təlim buna bariz nümunədir. Xatırladaq ki,
Azərbaycan Ordusu elə bir mərhələyə gəlib
çatıb ki, Qarabağda, ümumiyyətlə, erməni
silahlı birləşmələri və separatçı
qüvvələrin zərərsizləşdirilməsi, eləcə
də tərk-silah edilməsi artıq qlobal problemə
çevrilmədi, təxminən 24 saatdan sonra
separatçılar ağ bayraq qaldıraraq təslim
olduqlarını bildirdilər.
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin forumda söylədiyi
kimi, "Silahlı Qüvvələrimizin bütün
qoşun növləri və strukturu artıq yeni inkişaf mərhələsinə
keçib. İndi qabaqcıl islahatlar, daha da modernləşmək,
bütün ordulara xas olan formada ənənəvi yenilənmə
prosesləri həyata keçirilir. Yəni bu gün Azərbaycan
Ordusu bu baxımdan kifayət qədər irəliləyib. Sadəcə
olaraq silah arsenalının, döyüş
hazırlığının reallıqlara daha uyğun olaraq təkmilləşdirilməsi
istiqamətində işlər aparır. Bu da təbii
prosesdir, çünki dünyanın ən güclü
ordularında belə işlər görülür".
Etiraf edək ki,
Silahlı Qüvvələrimizin güclənməsi həm də
müdafiə sənayesi sektorunun inkişafına bağlı
olan məsələdir. Məhz Azərbaycan müdafiə sənayesinin
sektorunun paralel olaraq inkişafı, silah-texnika istehsalı sahəsindəki
yeniliklər ümumilikdə Azərbaycanın müdafiə
imkanlarının genişlənməsinə xidmət edir.
Dünya ictimaiyyəti
etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən
güclü Silahlı Qüvvəsidir. Hazırda ölkəmizdə
yaradılan müasir və modern ordu quruculuğu ilə
yanaşı, qazanılan bütün nailiyyətlərin əsasında
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
siyasi kurs və Prezident İlham Əliyevin bu kursu uğurla
davam etdirməsi faktı dayanır.
Əsası Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulan bu
siyasətin uğurla həyata keçirilməsi nəticəsində
Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən,
beynəlxalq miqyasda nüfuzu gündən-günə artan
dövlətinə çevrilir. Ölkəmiz həm də
ötən dövr ərzində sayılıb-seçilən
dünya dövlətləri səviyyəsində möhtəşəm
ordu quruculuğuna nail olub. Bunu təkcə Azərbaycan vətəndaşları
deyil, tanınmış hərbi ekspertlər, analitiklər və
dünya ictimaiyyəti təsdiq edir.
Məmnunluq
doğuran odur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin diqqət və
qayğısı sayəsində sistemli ordu quruculuğu
prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib.
Görülən işlərin nəticəsində Azərbaycan
Ordusu yüksək döyüş hazırlığına
nail olub və qarşıya qoyulan istənilən
tapşırığı şücaətlə yerinə
yetirməyə qadirdir.
Ölkəmizin hərbi
sənaye kompleksi də inkişaf edir. Belə ki, Müdafiə
Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki,
bu da beynəlxalq müstəvidə hərbi sənaye
kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara
marağı xeyli artırır. Beynəlxalq sərgilərdə
ölkəmizin hərbi məhsullarına xüsusi diqqət
yetirilməsi bunu deməyə əsas verir.
Azərbaycanda
istehsal olunan bir çox hərbi təyinatlı məhsul
ordumuzun potensialını gücləndirir. Son illər ərzində
ölkəmizdə 20-dən çox hərbi zavod
yaradılıb. Bu zavodlarda çoxsaylı hərbi təyinatlı
müxtəlif məhsul istehsal olunur. Eyni zamanda Azərbaycan
artıq hərbi məhsullarını ixrac etməyə
başlayıb. Son üç ildə Azərbaycan Ordusu daha da
möhkəmlənib. Dövlətimizin
başçısının qeyd etdiyi kimi, son illər ərzində
ən müasir texnika və silahlar alınıbdır:
"Onların arasında yüzlərlə zirehli texnika, bir
çox gözətçi gəmiləri, hərbi gəmilər,
hava hücumundan müdafiə sistemləri, ən müasir
standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi,
yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat
helikopteri, ən müasir kəşfiyyat və
döyüş pilotsuz uçuş aparatları, ən
müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər,
yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki
raket kompleksləri - bütün bunlar bizim hərbi
gücümüzü artırır. Deyə bilərəm ki,
ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan
dünya miqyasında nadir ölkələrdən biridir".
Azərbaycanda hərbi
məktəblərin uğurlu fəaliyyəti də bu
baxımdan mühüm əhəmiyyətə malikdir. Bu,
sözügedən sahədə tədris prosesinin sistemli
şəkildə və ardıcıllıqla davam etdirilməsinə,
nəticə etibarilə, kadr potensialının
inkişafına, orduda peşəkarlığın daimi olaraq
artırılmasına imkan verir. Bundan başqa, Azərbaycan
zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə
iştirak edir, kurslar keçirlər. Hərbçilərimiz
istər ABŞ-də, istər Türkiyədə, istərsə
də, Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini
artırırlar, gənclərimiz müxtəlif ölkələrə
hərbi təhsil almağa göndərilirlər.
Bütövlükdə,
Azərbaycan Silahlı Qüvvələri quruda, suda və
havada döyüş tapşırığını yerinə
yetirmək, ölkəni istənilən hücumdan müdafiə
etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat
mərkəzlərinin rəyinə görə, Azərbaycan
Ordusu regionun ən hazırlıqlı və müasir hərbi
strukturu sayılır.
Təsadüfi
deyil ki, indi dünyanın inkişaf etmiş dövlətləri
Azərbaycan Silahlı Qüvvələrinin hərbi
taktikasını öyrənir. Dünyanın aparıcı hərbi
məktəblərində İkinci Qarabağ müharibəsindəki
əməliyyatlarımız, uğurlarımız, qələbəyə
aparan yollar, taktiki addımlar əxz edilir. Xarici KİV-də dəfələrlə
məlumat verilmişdir ki, Amerika Birləşmiş
Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf
etmiş digər ölkələrdə İkinci Qarabağ
müharibəsinin bütün aspektləri, eləcə də
Qarabağda separatizmə
qarşı keçirilən antiterror tədbirləri Azərbaycan
Silahlı Qüvvələrinin hərbi taktikası, terror və
təxribat əməllərinin qarşısının
alınması üsulları tədris edilir. Əsgər və
zabitlərimizin döyüş qabiliyyətini yüksək
qiymətləndirən ekspertlər bu fikirdədirlər ki, Azərbaycan
Ordusunun döyüş taktikası hətta ən fövqəlgüc
ölkələrin ordularında belə qeydə
alınmayıb. Hücum dronlarının döyüşdəki
yüksək hədəf dəqiqliyi dünya hərb tarixində
bir ilkdir. Şuşanın azad edilməsi uğrunda hərbçilərimizin
nümayiş etdirdiyi qeyri-adi peşəkarlıq beynəlxalq
ictimaiyyətdə heyrət doğurub.
Görünən
odur ki, dünyanın ən güclü silahlı qüvvələri
sırasında yer alan Azərbaycan Ordusu Ali Baş Komandan
İlham Əliyevin bütün əmr və
tapşırıqlarını yerinə yetirməyə,
xalqımızın və dövlətimizin etimadını
şərəflə doğrultmağa tam hazırdır.
Rəhman
SALMANLI,
Azərbaycan.-2023.- 8 noyabr, № 245. - S.15.