Şərəf günü

 

 

Müasir Azərbaycanın memarı qurucusu Ümummilli Lider Heydər Əliyev tariximizdə dərin iz qoymuş nəhəng əvəzsiz şəxsiyyətdir. Ulu Öndər müasir Azərbaycan dövlətinin banisidir. Yaddaşlarda əbədi dərin izlər qoymuş qətiyyət iradə sahibi olmuş, ölkəmiz üçün ən mürəkkəb keşməkeşli günlərdə vəziyyətlərdən çıxmağın düzgün yolunu tapmağı böyük məharətlə bacarmışdır. Heydər Əliyevi uca zirvələrə qaldıran, liderlik səviyyəsinə yüksəldən, zamanlara sığmaz edən ən ali keyfiyyətlərdən birincisi xalqına bağlılığı, sonsuz sevgisi dərin inamı idi.

Ulu Öndər hakimiyyətdə olduğu illərdə ordumuzun hər bir zabitinin, hər bir əsgərinin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Dahi şəxsiyyət Silahlı Qüvvələrimizi gücləndirib dünyanın ən müasir orduları səviyyəsinə yüksəltməyə çalışırdı. Onun inkişafına, tərəqqisinə böyük önəm verirdi. Deyirdi: "Bizim ordumuz, Silahlı Qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an, hər saat hazır layiqli cavab verməyə qadir olmalıdır". Məhz Ümummilli Liderin diqqət qayğısından ruhlanan hərbi hissə komandirləri şəxsi heyətin döyüş ruhunu daha da yüksəltmək üçün xidməti vəzifələrinin öhdəsindən bacarıqla gəlirdilər. Təlimlərin hər dəqiqəsindən səmərəli istifadə edirdilər. Vətənin keşiyində ayıq-sayıq dayanan gələcək döyüşlərdə düşməni məğlub etməyə qadir olan mərd əsgərlər hazırlayırdılar. Ulu Öndər getdikcə güclənən orduya Qarabağın xilaskarı kimi baxırdı. İnanırdı ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi torpaqları azad edəcək, doğma yurdlarımıza sülh gətirəcək. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edən güclənən ordumuz uzun illərdən sonra Ümummilli Liderin inamını doğrultdu. Ordumuz 27 sentyabr 2020-ci ildə düşmən təxribatı nəticəsində başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni qəsbkarlarının tapdağında qalmış torpaqlarımızı işğaldan azad etdi.

Ermənilərin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayan ilk günlərdən Azərbaycan Ordusu döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək düşmən təxribatının qarşısını cəsarətlə aldı uzun illər işğalda qalmış torpaqlarımızı azad etmək üçün əks-hücuma keçdi. Döyüş hazırlığı yüksək olan hərbi qulluqçularımız düşməni geri sıxışdıraraq dayanmadan irəliləyirdilər. Torpaqlarımız addım-addım erməni qəsbkarlarından azad edilirdi. 44 gün davam edən bu müharibədə xalqımız ordumuz qalib gəldi. İşğalçılar üzərində Zəfər çalındı. Azərbaycan Ordusunun zabit əsgərləri gücünü, qüdrətini bütün dünyaya göstərdi. Göstərdi ki, bu torpağın əsl sahibi kimlərdir.  Qazanılan qələbə, təkcə Azərbaycan tarixində deyil, dünya tarixində əlamətdar hadisəyə çevrildi.

 

 

 

Doğru hədəf, düzgün siyasət

 

 

 

Tarix boyu müharibə həmişə insanların gücünü, xalqların əzmini sınağa çəkib. Bu sınaqdan heç hər xalq üzüağ çıxa bilməyib. Bizi sevindirən odur ki, qüdrətli Azərbaycan xalqı zamanın sınağından üzüağ çıxdı. Tarixin çətin, həlledici dönəmində Qarabağ uğrunda gərgin döyüşlər gedən günlərdə insanlarımızın vətənpərvərlik hissi ən ali zirvəyə yüksəldi. Yüz illik, min illik hərb tarixində bəlkə heç bir müharibədə bu qədər böyük cəsarət qəhrəmanlıq nümunələri göstərilməyib.

Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində tarix yazaraq döyüşlərdə böyük şücaət göstərməyi bacardı. Torpaq, yurd uğrunda gedən döyüşlərdə göstərilən fədakarlıq xalqımızı Zəfərə qovuşdurdu. Belə bir  hünər, cəngavərlik hər birimizin qəlbində, ürəyində daim yaşayır, coşub-daşır. Yeni tarixi birlik, yeni güc ortaya qoyan bütün vətənpərvər övladlarımızın hamısı bir nəfər kimi ürəkdən güvəndiyi inandığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin uğuruna əmin olaraq, dövlət başçısının ətrafında dəmir yumruq kimi birləşərək bu haqq savaşında erməni qəsbkarları üzərində Zəfər çaldı.

Uzun illər torpaqlarımızı işğalda saxlamış Ermənistan ərazilərimizdə keçilməz hesab etdikləri sədlər qurmuşdular, istehkamlar yaratmışdılar. Bunları edərkən düşünmüşdülər ki, ordumuz bu maneələri keçməkdə çətinlik çəkəcək. Amma hər şey işğalçıların düşündüyünün gözlədiyinin əksinə oldu. Döyüş hazırlığı yüksək olan ordumuzun hissələri böyük əzmkarlıqla vuruşaraq, həmin sədləri, bənd-bərələri qısa müddət ərzində  aşaraq dayanmadan qəsbkarların üzərinə getdilər. 44 gün ərzində illər, əsrlər boyu regionda gərginlik yaradan erməni faşizmi məhv edildi. Hamımızı sevindirən bu böyük, bu möhtəşəm Zəfər ölkəmizin illər ərzində formalaşdırdığı maddi insan resursları, Azərbaycan xalqının mübarizliyi, qəhrəmanlığı, rəqiblərin məkrli hesablamalarını riyazi dəqiqliklə yanlışlığa uğradan Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərtərəfli düşünülmüş hesablanmış siyasəti nəticəsində əldə olundu. Heç bir iradəyə boyun əyməyən Azərbaycan xalqının əzmi düşmənin müqavimət imkanlarını tükəndirdi, onu diz çökməyə, təslim olmağa məcbur etdi.

 

 

 

Strateji düşüncənin gücü

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev həmişə sabaha baxan, onilliklər sonranı düşünən bütün gələcək planlarını strateji məqsəd zamanlara uyğun quran əvəzolunmaz Liderdir. Azərbaycanda zaman-zaman həyata keçirilən bir çox zəruri iqtisadi layihələr, siyasi arenada atılan addımlar illər sonra necə bütöv yeni bir keyfiyyət yaradırdısa, Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli ölkənin hərtərəfli inkişafı onun fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi.

Prezident İlham Əliyevin uzaqgörənliyi siyasi məharətinin qayəsini təşkil edən həqiqət ondan ibarətdir ki, dövlət başçısı böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırmağı məharətlə bacardı. Bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı böyük qətiyyətlə tarixi ədaləti bərpa etdi.

44 gün ərzində bir an olsun belə səngimədən davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, xalqımızın tarixində, mədəniyyətində xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini bir çox kəndini, Tərtər rayonunun Suqovuşan Talış kəndlərini, Xocalı Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Sabahkı qələbələrə zəmin hazırladı. Uğurlu döyüşlər nəticəsində işğalçı Ermənistan ordusu bu ərazilərdən qovuldu.

Rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüşlərdə uğur qazanmaq üçün elə birinci gün Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkamlarını darmadağın etdi, xüsusilə noyabrın 8-də Şuşanın işğaldan azad olunması müharibənin taleyində həlledici rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyev mədəniyyət beşiyimiz Şuşanın erməni işğalçılarından azad edildiyini Azərbaycan xalqına elə həmin gün Şəhidlər xiyabanını ziyarət edəndən sonra bəyan etdi. Prezident xalqa həmin tarixi müraciətinə bu xoş sözlərlə başladı: "Əziz həmvətənlər, əziz bacılar qardaşlar! Böyük fəxarət qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi. İndi Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq!"

Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra xalqa müraciət etdi: "Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük qələbədir. Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın, Azərbaycan! Gözün aydın, dünya azəbaycanlıları!" Torpaqlarımızı işğaldan azad etmiş, adını milli dövlətçilik tariximizə əbədi yazmış qüdrətli Liderin, dövlət rəhbərinin fəxarəti ilə birgə ata vəsiyyətini yerinə yetirmiş xeyirli övladın qürurunu da xalqımızla böyük sevinc içində bölüşdü.

 

 

 

Ermənistan kapitulyasiya aktına imza atdı, lakin...

 

 

 

Şuşa işğaldan azad olunandan sonra ordusu darmadağın olunmuş Ermənistan məğlubiyyətini etiraf etdi, kapitulyasiya aktına imza atdı. Bu tarixi sənədə əsasən, düşmən dövlət bütün hərbi qüvvələrini, həmçinin qanunsuz olaraq məskunlaşdırdığı erməni əhalisini Kəlbəcər, Ağdam Laçın rayonlarından çıxarmalı idi. Beləliklə, uzun illərdən bəri erməni işğalında qalmış həmin rayonlarımız bir güllə atılmadan, qan tökülmədən azad olundu. Bu, sevinc uzun illər yaşanacaq Azərbaycan Prezidentinin, Azərbaycan xalqının böyük Qələbəsi idi.

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən dərs götürməyən Ermənistan yenə xaricdən silah alır, yeni savaşa hazırlaşırdı. İşğalçı qüvvələrini  Laçın rayonunun Zabux,  Sus başqa sərhədyanı kəndlərdən çıxarmaqdan boyun qaçırır, təxribatlar törətməyə, bölgədə gərginliyi artırmağa çalışırdı. Azərbaycan Ordusu ötən il həyata keçirdiyi uğurlu "Qisas" əməliyyatı ilə bu cəhdin qarşısını qısa müddət ərzində aldı. Ağır itkilər verən ermənilər bir günün içində Laçın rayonunun sərhədyanı kəndlərindən qüvvələrini geri çəkməyə məcbur oldular.

23 aprel 2023-cü il xalqımızın tarixinə böyük hərflərlə yazıldı. Həmin gün Laçın dəhlizində sərhəd-keçid məntəqəsi açıldı. Bununla da, Qarabağa gedən yollar Azərbaycanın nəzarətinə keçdi. Laçın dəhlizində keçid məntəqəsi fəaliyyətə başlayandan sonra artıq separatçılar Qarabağa əvvəlki kimi silah-sursat, canlı qüvvə zirehli texnika daşıya bilmirdilər. Laçın dəhlizində keçid məntəqəsinin yaradılması Vətən müharibəsində qazanılan qələbənin uğurlu nəticəsi idi.

Vətən müharibəsindən 3 il keçməsinə baxmayaraq, xislətləri saxtakarlıqdan yoğrulmuş ermənilərə "Qisas"  əməliyyatı da yaxşı dərs olmadı. Qarabağda məskən salmış separatçılar, Ermənistan ordusunun tör-töküntüləri yenə torpaqlarımızdan çıxmadılar. Əvvəlki çirkin niyyətlərindən əl çəkməyən, hələ şirin xəyallar quran  separatçılar gizli yollarla Qarabağa silah-sursat daşıyır, özgə torpağında varlıqlarını uzatmağa çalışırdılar. Onların çirkin niyyətlərindən qan qoxusu gəlirdi. Separatçıların bu əməlləri getdikcə ölkəmizin səbrini tükəndirirdi. Bütün bu amillər yeni antiterror əməliyyatlarının keçirilməsini zəruri edirdi.

2023-cü il sentyabr ayının 19-20-də şanlı ordumuz Qarabağı qan çanağına döndərmək istəyən erməni separatçılarına qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Ordumuz qısa müddət ərzində düşmənin neçə illərdən bəri möhkəmləndirdikləri mövqeləri darmadağın etdi. Əməliyyatların elə ilk dədiqələrindən separatçılar ağır itki verib geri çəkildilər, bayraq qaldırıb təslim oldular. Əməliyyat tədbirlərinin uğurla başa çatması nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran başqa ərazilər erməni işğalçılarından azad olundu.

 

 

 

Vətənə sevgi örnəyi

 

 

 

Oktyabrın 15-də Xankəndiyə səfər edən Prezident İlham Əliyev şəhərin mərkəzində Azərbaycan Bayrağını dalğalandırdı. Bu tədbir, bu hadisə bütün azərbaycanlıları sevindirdi. Qürurverici kadrları izlədikcə ürəyimiz iftixarla, fərəhlə doldu. İllərdən bəri xəyal etdiklərimizi Müzəffər Ali Baş Komandan qətiyyəti, dəmir iradəsi ilə reallaşdırdı. Dövlət başçısı Azərbaycan Bayrağını Xocalıda, Ağdərədə, Əsgəranda da qaldırdı. Prezident Xankəndidəki meydanda bayrağımızı dalğalandırandan sonra xalqa ünvanladığı müraciətində dedi: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam doğma xalqıma bir daha demək istəyirəm ki, biz Qələbəyə layiqik. Azəbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq burada yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" Qürurvericidir ki, bu gün Qarabağın bütün şəhər kəndlərində üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Azərbaycan xalqının əzmi iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən ən mühüm amil oldu. Bu gün fəxrlə deyirik ki, Müzəffər Ali Baş Komandan, Siz Qalibsiniz! Azərbaycan xalqı, Sən Qalibsən! Bu gün Vətən uğrunda, bizim işıqlı gələcəyimiz uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik! Eşq olsun qalib Azərbaycan Ordusuna!

Zəfər gününün təntənəli surətdə keçirilməsi hamımızı sevindirir. Zəfər bayramı tarixi bir gündür. Müqəddəs əziz bir gündür. Zəfər Günü Şərəf günüdür!

 

Müşfiq ATAKİŞİYEV,

Azərbaycan.-2023.- 8 noyabr, ¹ 245. - S.16.