Şeyxülislam
Allahşükür Paşazadə
dünya dini liderlərinin qlobal sammitində iştirak edib
Noyabrın 6-da Qafqaz
Müsəlmanları İdarəsinin
(QMİ) sədri şeyxülislam
Allahşükür Paşazadə
Birləşmiş Ərəb
Əmirliklərinin paytaxtı
Əbu-Dabi şəhərində
BMT Ətraf Mühitin
Mühafizəsi üzrə
“COP 28” çərçivəsində dünya dini liderlərinin qlobal sammitində iştirak edib.
QMİ-nin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd
Bin Zayed Al Nəhyanın himayəsi altında təşkil olunan tədbir “Birləşmiş dini liderlər planetin dirçəlişi naminə”
şüarı altında
keçirilib.
Açılış mərasimində beynəlxalq
siyasi və ictimai dairələrin nümayəndələri, ənənəvi
və dünya dinlərinin liderləri, o
cümlədən BƏƏ-nin tolerantlıq və birgəyaşayış
naziri Şeyx Nəhyan Bin Mübarək Al Nəhyan,
Müqəddəs Taxt-Tacın
dövlət katibi kardinal Pyetro Parolin, Əl-Əzhərin
baş imamının
müavini Məhəmməd
Əl-Duveyni, Ekumenik Patriarx Varfolomey, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, ICESCO-nun baş direktoru
Səlim əl-Malik, Dünya Kilsələr Şurasının Baş
katibi Cerri Pillay, Süryani Kilsəsinin Patriarxı II
İqnatius Afrem, Bəhreynin xarici işlər nazirinin müavini, Kral Həməd adına Birgəyaşayış Mərkəzinin
direktoru Şeyx Abdullah Əl-Xəlifə,
həmçinin digər
görkəmli siyasi, ictimai və din xadimləri iştirak ediblər.
Mərasimdə çıxış
edənlər Birləşmiş
Ərəb Əmirliklərinin
dinlərarası dialoqun
inkişafında xüsusi
rolunu vurğulayıblar.
Diqqətə çatdırılıb
ki, bunun bünövrəsi 2019-cu ildə
Papa Fransisk ilə Şeyx Əl-Əzhərin Şeyxi
Dr.Əhməd Əl-Tayyibin
imzaladıqları “İnsan
qardaşlığı haqqında”
sənədi ilə qoyulub.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
şeyxülislam A.Paşazadə
açılış iclasındakı
çıxışında tədbir iştirakçılarına
Prezident İlham Əliyevin salamlarını
çatdırıb. O, ətraf
mühitin qorunması
üzrə BMT sammiti ərəfəsində Əbu-Dabidə
keçirilən Dünya
dini liderləri forumunun xüsusi əhəmiyyətini vurğulayaraq
deyib: “COP 28” qlobal iqlim dəyişikliyi problemlərinin həllində
dövlət və din nümayəndələrinin
birgə əməkdaşlığının
praktiki təzahür etdiyi səmərəli beynəlxalq platforma olaraq daha artıq
dəyər və fayda kəsb edəcək”.
Şeyxülislam A.Paşazadə,
həmçinin bildirib
ki, bu gün
Azərbaycan dövləti
tərəfindən işğaldan
azad olunmuş Qarabağda şəhər
və kəndlər bərpa olunur, dağıdılmış məscid
və digər dinlərə məxsus məbədlər yenidən
inşa edilir, insanlarımızın dədə-baba
yurdlarına qayıdışı
üçün infrastruktur
yaradılır, ekoloji
tarazlığın bərpası
yönündə genişmiqyaslı
layihələr gerçəkləşdirilir.
Forum çərçivəsində
Şeyxülislam A.Paşazadə
dünyanın tanınmış
din və ictimai xadimləri ilə bir sıra
görüşlər keçirib.
Müqəddəs Taxt-Tacın
dövlət katibi kardinal Parolin ilə görüşdə
şeyxülislam Azərbaycan
ilə Vatikan arasında əlaqələrin
inkişafı məsələlərini
müzakirə edib,
QMİ tərəfindən Azərbaycanın ərazi
bütövlüyü bərpa
edildikdən sonra regionumuzda mövcud vəziyyət barədə
Vatikan üçün
hazırlanmış xüsusi
arayış ona təqdim olunub.
QMİ-nin sədri
Müsəlman Ağsaqqallar
Şurasının baş
katibi Məhəmməd
Əbdüssalam ilə
də görüşüb.
Tədbirin əhəmiyyətindən
danışan Əbdüssalam
şeyxülislam Allahşükür
Paşazadənin sammitdə
iştirakını yüksək
dəyərləndirib və
onu dinlərarası harmoniyanın və dialoqun görkəmli təmsilçilərindən biri
adlandırıb.
QMİ-nin sədri,
həmçinin Qazaxıstan
parlamenti Senatının
sədri Aşimbayev, Ekümenik Patriarx Varfolomey, Ümumdünya Kilsələr Şurasının
Baş katibi Cerry Pillay, Ümumdünya
Süryani kilsəsinin
Patriarxı II İqnatius
Afrem, ICESCO-nun Baş direktoru Səlim əl-Malik və digər şəxsiyyətlərlə də
görüşüb.
Dini liderlər
iqlim dəyişikliyi
ilə bağlı dünya ictimaiyyətini təcili tədbirlər görməyə çağırıblar.
Dünya dinlərinin nümayəndələri gələn
ay keçiriləcək
“COP 28” iqlim sammitində
siyasi liderləri iqlim dəyişikliyi böhranına təcili cavab vermək üçün konkret tədbirlər görməyə
çağırıblar.
Müsəlman,
Xristian, Yəhudi, Buddist, İnduist, Bəhai, Mindai-Sabei, Siqh, Hindu dinlərinin
liderləri, eləcə
də digər dini təriqətlərin nümayəndələri BMT “COP 28” Sammitinə ünvanlanan, Yer kürəsinin qorunması, təbiətlə
harmoniyada yaşamağın
vacibliyi, yeni təhlükələrin yer
aldığı müasir
dünyada iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli
addımlar atmağa çağıran müraciət
imzalayıblar. Bu müraciət BMT “COP 28” dövlət
başçılarının sammit iştirakçılarına
təqdim olunacaq.
Noyabrın 7-də Dinlərarası Forum öz işini davam etdirib.
Azərbaycan.-2023.- 8 noyabr, ¹
245. - S.17.