Bütün
Azərbaycanın orduya
çevrildiyi gün
Hər bir millətin tarixində uca dağ effektli,
yəni baş verdiyi vaxt arxada
qaldıqca böyüklüyü
daha aydın görünən mərhələlər
olur ki, biz hazırda onun içərisindəyik.
Sözügedən mərhələnin
zirvəsində isə
İkinci Qarabağ savaşında qazandığımız
Zəfər durur və duracaq. Çünki bundan sonra əldə ediləcək bütün,
hətta özündən
də böyük zəfərlərin hamısı
üçün mayak
o olacaq.
Bu gün Azərbaycana qarşı hibrid savaşı aparanlar bəlkə də, bizdən artıq bunun fərqindədirlər. Davranışlarına
baxdıqda açıqca
duyulur ki, Azərbaycanın Zəfəri
onları ermənilərdən
də çox narahat edir. Hətta
o qədər narahat edir ki, oktyabrın
15-də Xankəndidə ən
yüksək səviyyədə
vurğulandığı kimi,
Azərbaycana qarşı
açıq düşmənçilik
siyasəti yeridirlər.
Onların kimlikləri
də elə orada açıqlandı:
"Baxın görün,
bu gün Azərbaycana ən çox düşmənçilik
edən hansı ölkələrdir. Həmin
ölkələr ki,
o vaxt -1992-1993-cü illərdə
Ermənistanın yanında
idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və
onlara bəraət qazandırırdı".
Cənab İlham
Əliyev kimi böyük məktəb keçmiş və dünyadakı çox liderlərə diplomatiyadan
dərs deyə biləcək bir dövlət başçısı
adlarını çəkməsə
də, "xidmət"lərini
xatırlatmaqla hansılardan
söhbət getdiyini göstərdiyi ölkələrin
bizə düşmənçilik
etdiklərini açıq
şəkildə dilə
gətirirsə, görün
onlar bizə qarşı apardıqları
hibrid savaşda hədlərini nə dərəcədə aşıblar.
Niyə aşıblar,
burada din təəssübkeşliyi varmı?
Bəli, var. Fransa, digər yırtıcılar, onlara
yandaşlıq edənlər
Azərbaycanın öz
torpaqları uğrunda
apardığı savaşa
Hantiqtoncasına, yəni
sivilizasiyalararası qarşıdurma
prizmasından yanaşdıqlarını
gizlətmir və Ermənistanla həmrəylik
sərgiləyirlər. Amma
bu həmrəyliyin arxasındakı din faktoru sadəcə aysberqin görünən tərəfidir. Görünməyən,
sərgilənməyən tərəfində
isə o durur ki, qərbdəkilər də, iki böyük
qonşumuz da Azərbaycanın İkinci
Qarabağ savaşı
zamanı etdiklərini
Ermənistandan daha çox öz üzərlərində qələbə
kimi dəyərləndirirlər.
İki böyük qonşumuz ona görə belə dəyərləndirir ki, bu qələbəni neçə əsrdən
sonra regionda tam şəkildə Azərbaycanmərkəzli siyasət
yeritmək qüdrətində
olan bir dövlətin meydana çıxdığının təsdiqi kimi qiymətləndirirlər.
Digər böyük
güclərə gəldikdə,
BMT Təhlükəsizlik Şurasının
daimi üzvlərinin veto hüquqlarının saxlanması məsələsində
qərbdəkilərlə Rusiya
həmrəy davranırlar.
Bu cür həmrəyliyi onlarda ancaq torpaqlarımızın
işğal altında
qalmasına yanaşmalarında
görmüşdük. Hamısı,
özəlliklə keçmiş
Minsk qrupunun həmsədrləri bir ağızdan təkid və təhdidlə Azərbaycandan savaş aparmamasını tələb
edirdilər. Biz isə bu tələbə
boyun əymədik. Bununla da dünyanın
5-dən ibarət olmadığını
göstərərək presedent
yaratdıq. Təbii ki, bu, ətrafında
öz milli maraqlarından çıxış
edən, onların yerişini yeriyən hər hansı dövlət görmək
istəməyən nəhənglərin
heç birinin marağında deyil. Yəni postsovet məkanında neçə
yüz ildə özmərkəzli siyasət
yeridən bir dövlətin peyda olması təkcə Rusiyanın deyil, digər güclərin də arzulamadıqları
haldır.
Onların haylardan
alət kimi faydalanaraq apardıqları
oyunları da bunu bütün çılpaqlığı ilə
ortaya qoyur. Rusiyanı regiondan çıxarmağa çalışan
qərbdəkilər Ermənistanın
subyektə çevrilməsi
üçünmü bunu
edirlər? Əlbəttə
yox. Çünki Ermənistan Fransanın, yaxud başqa yırtıcıların diktəsi
ilə hərəkət
etməkdənsə, milli
maraqlarına və potensialına uyğun davranışa üstünlük
verəcək.
Bir sözlə,
Azərbaycan İkinci
Qarabağ müharibəsində
təkcə yeni regional reallıq formalaşdırmadı, həm
də de-fakto qlobal konyukturanı dəyişən geosiyasi inqilab etdi. Biz
bunu ona görə bacardıq ki, cənab İlham Əliyev kimi qətiyyətli, geniş vizionlu, yüksək dərəcədə
informasiyalı və diplomatik incəlikləri çox gözəl bilən strateq-sərkərdəmiz
var. Bunu həm də
ona görə bacardıq ki, İkinci Qarabağ savaşında bütün
Azərbaycan orduya çevrildi.
Ordunun xalqlaşdığı
və xalqın ordulaşdığını göstərən
ən dəqiq mənzərə isə Azərbaycan qadınının
öz şəhid oğlunun, ərinin, qardaşının nəşini
çiyinlərində əbədiyyətə
yola salması idi. İlk dəfə
onda gördük ki, qəhərlə qürur ikisi eyni zamanda boğazda
nə cür düyünlənə bilər.
Şəhid qanıyla
təkcə torpağın
vətənə çevrilmədiyini,
həm də azərbaycanlı adlı xalqdan siyasi millət yarandığını
görən gözlərimizdən
kədər və sevinc yaşları birgə axdı.
Bu Zəfərimiz
üçün öz
canlarından keçən
əbədiyyət yolçularına
salam olsun! Necə ki Azərbaycan
var, minnətdarlıqla
anılacaqlar. Doğmaları
doğmamızdır! Bu orduya, xalqın qəhrəman təmsilçiləri
qazilərimizə isə
sevgi və sayğılarla!
Sahib ALIYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2022.-
9 noyabr, ¹246- S.7.