Müdrik siyasətin qətiyyəti

 

 

"Zəfər Günü şanlı tariximizin unudulmaz səhifəsidir. Bu tarix Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin, müzəffər ordumuzun şücaətinin, xalqımızın birliyinin, igid oğul-qızlarımızın mübarizliyinin təntənəsidir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Azərbaycan xalqının bu günü illərlə gözlədiyini qeyd edən komitə sədri bildirib ki, işğal altında olan torpaqlarımızın azadlığı müqəddəs amalımız, arzumuz idi. Bu amalı, arzunu dövlət başçısı ordumuz həqiqətə çevirdilər. İndi nəinki Azərbaycan xalqı, bütün türk dünyası bu qələbədən qürur duyur.

T.Rzayev vurğulayıb ki, hərbi paradın Xankəndidə keçirilməsi uzun illər torpaq həsrəti çəkən insanların ürəyinin səsi, sevinci idi: "Bu təntənəni görən hər bir soydaşımız sevinir, çünki qüdrətli, vədi ilə əməli bir olan dövlətimizin rəhbəri, yenilməz ordumuz, daim bir olan xalqımız var. Sözsüz ki, bu qəhrəmanlıq, birlik Azərbaycanın nailiyyətlərində, onun uğurlarında özünün əksini tapır. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə möhtəşəm yenidənqurma, bərpa, tikinti, abadlıq işləri aparılıq. Azərbaycan iqtisadiyyatının davamlı dayanıqlı olması həmin ərazilərə 7 milyard dollardan artıq vəsaitin qoyulmasına imkan yaradıb. Əlbəttə ki, bu, ölkə iqtisadiyyatının durmadan inkişafının göstəricisidir. Cənab Prezidentin şəhər kəndlərimizin bərpasına göstərdiyi qayğının bu torpaqların cənnətə çevriləcəyi barədə verdiyi vədinin ifadəsidir".

Xankəndidə hərbi paradın keçirilməsinin şəhidlərimizin ruhunu sevindirdiyini vurğulayan Tahir Rzayev əlavə edib ki, bu, torpaq uğrunda sağlamlığını itirən insanlara yeni qüvvət verib, otuz il ağır əzablar çəkən insanların yarasına məlhəm olub.

Hərbi paradın dünyaya həm bir mesaj olduğunu deyən komitə sədri bildirib ki, Prezident İlham Əliyev bu paradı keçirməklə xalqımızın qüdrətli, əyilməz olduğunu, öz torpaqları uğrunda vuruşmağı, qalib gəlməyi bacardığını bir daha göstərdi: "Ölkə rəhbəri dünyaya sübut etdi ki, Azərbaycan sülhün, əmin-amanlığın tərəfdarıdır daim bu mövqedən çıxış edir. Dövlət rəhbəri həm təcavüzkar Ermənistana, onun havadarlarına göstərdi ki, Azərbaycan Ordusu güclüdür, Azərbaycan xalqı birdir, onu sarsıtmaq, zor gücü ilə danışmaq, ona təsir etmək mümkün deyil. Hərbi paradın keçirilməsi hər birimizi qürurlandırdı. Bu, belə yürüşlərin vaxtilə azərbaycanlılar yaşayan Qərbi Azərbaycan torpaqlarında keçiriləcəyi ilə bağlı bizdə inam yaradır. Gün gələcək həmin torpaqlarda da bu bayramı qeyd edəcəyik".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 9 noyabr, №246- S.8.