Ermənistanın xam xəyalları darmadağın oldu

 

 

"Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin 3-cü ildönümünü təntənəli şəkildə qeyd edir. Bu il hərbi parad sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri nəticəsində separatçılardan azad edilmiş Xankəndidə keçirildi.  Bu parad xalqımızın qətiyyətini daha da artırdı Prezident İlham Əliyevin sözü ilə imzasının eyni olduğunu bütün dünyaya bir daha bəyan etdi. Dövlət başçısı  şanlı qələbəmizdən sonra keçirilən ilk Zəfər paradında söyləmişdi ki, "Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik". Belə oldu, bu il Zəfər paradının Xankəndidə keçirilməsi xalqımızın əminliyini inamını daha da artırdı".

Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev  bildirib. O deyib ki, Azərbaycanın bütün ərazilərində, xüsusilə separatçılardan təmizlənən Xankəndidə bayrağımızın dalğalanması olduqca qürurvericidir: "Biz Zəfər Gününü üç ildir ki, qeyd edirik, Bakıda, Şuşada hərbi paradlar keçirmişik. Bu dəfə isə hərbi paradı məhz Xankəndidə təşkil etdik. Bu bizim şanlı tariximizdir! Bu gün Azərbaycan öz ərazi bütövlüyünü suverenliyini tam bərpa edib, bundan sonra isə yalnız quruculuq işləri ilə məşğul olmalıyıq. Bu, həqiqətən , qürurvericidir".

A.Nağıyev açıqlamasında Ermənistan havadarlarının Xankəndidə keçirilən paraddan dərs çıxarmalı olduqlarını da vurğulayıb. Qeyd edib ki, şərəf qürur bayramımızı həsrətində olduğumuz Xankəndidə qeyd etməyimiz bizim gücümüzün göstəricisidir. Bu parad ermənilərin 30 il ərzində qurduqları xam xəyalları bir daha darmadağın etdi, Azərbaycan ərazisində qondarma dövlət quracaqları barədə arzularını puç etdi".

Deputat deyib ki, bu gün hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır bu Vətənin keşiyindədir: "Bütün azərbaycanlılar qürur hissi keçirir ki, bu gün Azərbaycan torpaqları tam azaddır, suverenliyimizi ərazi bütövlüyümüzü "dəmir yumruq" olub təmin etmişik işğaldan azad olunmuş bütün torpaqlarda, eləcə Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Xankəndinin, Xocalının, erməni işğalına məruz qalmış bütün torpaqlarımızın azadlığına qovuşması bizim qürur mənbəyimizdir. Qarabağ Azərbaycandır!

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2022.- 9 noyabr, №246- S.8.