Xankəndi paradı bizə bir daha dərin fəxarət hissi yaşatdı

 

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti uzaqgörən siyasəti sayəsində Vətən müharibəsində qazanılan qələbəni  xalqımız böyük coşqu qürurla qeyd edir. Bu dəfə Zəfər Gününü eyni zamanda Xankəndidə keçirilən hərbi paradla qarşıladıq.  Bu, Prezident İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən gözəl zəfər sevinci olmaqla yanaşı, müasir tariximizin ən şanlı hadisəsidir.

Bu barədə "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Vətən müharibəsində qazandığımız qələbənin ildönümünün Xankəndidə hərbi paradın təşkil olunması ilə keçirilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bu hərbi parad Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin tam bərpa olunmasının, ölkəmizin yenilməz gücünün qüdrətinin təcəssümüdür: "Bu, Azərbaycanın müstəqillik tarixinin ən möhtəşəm anıdır. Qələbə qazandıqdan sonra bütün dünyaya, həm dostlara, həm düşmənlərə gücümüzü şəxsiyyətimizi göstərən əlamətdar hadisədir. Bu parad həmçinin dövlətimizin xalqımızın qələbəyə, zəfərə qədər dəyər verdiyini təsdiq edir".

Deputat bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Ona görə ki, Allah bizə uzun illər sonra Xankəndidə bayram keçirməyi nəsib edib. Bu bizim müasir tariximizin ən böyük, ən möhtəşəm hadisəsidir. Ötən gün Prezident, Ali Baş Komandan İlham Əliyevin tədbiri qürurla keçirməsi, paradı qəbul etməsi bizə bir daha dərin fəxarət hissi yaşatdı.

"Azərbaycan bu paradla bir daha bütün dünyaya bəyan etdi ki, həm döyüş meydanında, həm danışıqlar masası arxasında haqqın yanında olmaq bizim ən güclü silahımız oldu. Bunun nəticəsidir ki, 3 il əvvəl igid oğullarımızın qanı-canı hesabına azad edilən torpaqlarımızda Zəfər Günü təntənəli şəkildə qeyd edilir", - deyə deputat vurğulayıb.

Fazil Mustafanın sözlərinə görə, Xankəndidə keçirilən hərbi parad Azərbaycanın Zəfərinin sarsılmaz olduğunun təsdiqidir: "Döyüş meydanında düşməni diz çökdürən kapitulyasiyaya məcbur edən qalib Azərbaycanın Xankəndidə bayraq dalğalandırması, parad təşkil etməsi ilahi ədalətin yerini tapmasıdır".

 

N.QAFARZADƏ,

Azərbaycan.-2022.- 9 noyabr, №246- S.8.