44 günlük Vətən
müharibəsində Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında qüdrətli
ordumuz tarixi missiyasını yerinə yetirərək,
torpaqlarımızı işğaldan
azad etdi, xalqımıza zəfər
sevinci yaşatdı. Artıq 3 ildir 8 Noyabr - Zəfər Gününü böyük
təntənə ilə
qeyd edirik.
2020-ci il dekabrın
10-da Zəfər paradımızı
Bakıda, Azadlıq meydanında keçirdik. Bu parad döyüşlərdən
qalib çıxmış
qəhrəman əsgərlərimizin
yürüşü idi.
Prezident İlham Əliyevin dediyi kimi, bu paradın
xüsusi önəmi
var idi: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər
paradıdır. Bu, tarixi hadisədir".
Builki paradımız
isə Xankəndidə
keçirildi. Vətən
müharibəsində əldə
edilən Zəfərin
üçüncü ildönümünə
həsr olunan hərbi paradı Ali Baş Komandan
İlham Əliyev qəbul etdi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin
müxtəlif bölmələri
iştirak etdilər. Burada həmçinin düşməndən qənimət
kimi götürülən
hərbi texnikalar və hərbi texnikaların üzərindən
götürülən nömrələrdən
hazırlanmış lövhə
nümayiş olundu.
Xankəndidə keçirilən
hərbi parad respublikamızın hərbi-siyasi
iradəsinin, suverenliyinin
bərpasının, Vətən
müharibəsində qazanılan
Zəfərin və
"Qarabağ Azərbaycandır!"
şüarının təcəssümünə
çevrildi.
Xatırladaq ki,
Xankəndidə ilk hərbi parad 1919-cu ilin iyulunda - Cümhuriyyət dövründə
keçirilmişdi. 104 il
sonra Azərbaycanın
üçüncü Zəfər
paradının məhz
Xankəndidə keçirilməsi
xüsusilə qürurvericidir.
1991-ci il dekabrın
28-də Xankəndi şəhəri
və ətraf ərazilər üçün
mühüm strateji əhəmiyyətə malik
olan Kərkicahan qəsəbəsi düşmən
tərəfindən işğal
olunmuşdu. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra
ordumuz bütün ərazilərimizi separatçılardan
azad etdi. Ali Baş Komandanımız
oktyabrın 15-də Xankəndi
şəhərində Azərbaycan
Respublikasının Dövlət
Bayrağını ucaltdı.
Bu gün biz qalib xalq
kimi Zəfər bayramımızı qeyd edirik. Xislətindən heç vaxt əl çəkmək istəməyən düşmən
yenidən baş qaldırmaq niyyətinə
düşərsə, yenə
"dəmir yumruq"dan
nəsibini alacaq.
Budəfəki parad
xalqımızın tarixində
ən əlamətdar
hadisələrdən biridir.
Torpaqlarımızın azadlığı
və ərazi bütövlüyümüzün bərpasının bir
təcəssümü olan
bu parad dövlətimizin, ordumuzun
gücünü, əzəmətini
bir daha göstərdi, dostları
sevindirdi, düşmənə
dağ çəkdi.
Bütün dünya qətiyyətimizin, əzmimizin
bir daha şahidi oldu.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2022.-
9 noyabr, №246- S.10.