Xankəndinin
adına layiq tarixi gün
8 Noyabr - Zəfər
bayramı. Hər birimiz və hamımız üçün
müqəddəs bir
gün. Sevinc və fərəh dolu bu əziz
günü xalqımıza
Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı
nəticəsində başlayan
və 44 gün davam edən Vətən müharibəsində
düşmən üzərində
qazandığı böyük
uğurları, zəfərləri
ilə bəxş etdi.
3 ildir ki, qəlbləri riqqətə
gətirən bu əlamətdar gün ölkəmizin hər yerində, hər guşəsində böyük
təntənə ilə
qeyd olunur. İnsanların da, işğaldan azad olunmuş torpağın da üzü gülür, sevinc sevincə qarışır.
İndi Zəfər bayramı həm də işğaldan
azad olunmuş rayonlarımızda - Laçında,
Şuşada, Zəngilanda,
Füzulidə, Kəlbəcərdə
və başqa bölgələrdə keçirilir.
Zəfər sevincini ifadə edən insanlar üçrəngli
bayrağımızı başlarının
üzərinə qaldıraraq
meydanlardan keçirlər.
Bu qələbəni,
bu zəfəri onlara yaşadan hərbçilərə alqış
deyir, minnətdarlıq
edirlər.
8 Noyabr 2023-cü il
də tariximizə böyük hərflərlə
yazılacaq. Çünki
bu tarixdə düşmən üzərində
qazanılmış qələbədən
3 il sonra həmin gün - Zəfər Günü münasibətilə Xankəndi
şəhərinin mərkəzində
hərbi parad keçirildi. Xalqımız
qürur dolu bir gün yaşadı. Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev hərbi paradda iştirak edirdilər.
Xatırladaq ki,
Xankəndidə hərbi
parad 104 il əvvəl - 1919-cu ilin iyul ayında keçirilmişdi. Deyirlər
ki, tarix təkrar olunur. 104 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Ordusu uzun illər torpaqlarımızı işğalda
saxlayan düşməni
məhv etdi. Oktyabrın 15-də Azərbaycan
Prezidenti Xankəndidə
üçrəngli bayrağımızı
dalğalandırdı. Zəfər
Günü - 8 Noyabrda
Qarabağımızın böyük
şəhərində hərbi
parad keçirildi. Azərbaycan bayrağı
ölkəmizin ayrılmaz
hissəsi olan Qarabağda yenidən böyük əzəmətlə
dalğalandı. Qarabağ
torpağı doğma
sakinlərini böyük
sevinclə qoynuna aldı.
30 ilə yaxın
idi ki, xalqımız
bu günü, bu anı həsrətlə
gözləyirdi. Gözləyirdi
ki, Qarabağın işğalına son qoyulsun, torpaqlarımız
erməni qəsbindən
azad olunsun. Şükürlər ki, artıq üç ildir ki, həsrətə
son qoyulub. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
2020-ci ildə erməni
işğalçıları üzərində böyük
qələbə qazandı.
Uzun illərdən sonra Azərbaycan xalqı tarixi torpaqlarına qayıtdı.
Noyabrın 8-də Qarabağın
mərkəzində, Xankəndi
şəhərində Vətən
müharibəsində qələbəmizin 3-cü ilönümü
münasibətilə hərbi
paradın keçirilməsi
hər birimizdə qürur doğurdu. İllərdən bəri
gözlədiyimiz, həsrətində
olduğumuz tarixi günün sevincini yaşadıq.
Hərbi paradı
fərəh dolu baxışlarla izlədik.
Azərbaycan Ordusunun və başqa güc strukturlarının
şəxsi heyəti
Xankəndinin baş meydanında düzülmüşdü.
Gözəl, yaddaqalan
bir mənzərəyə
şahidlik edirdik. Meydandakı sırada dayanan hərbçilər
bir müddət əvvəl Qarabağın
erməni işğalçılardan
azad olunması uğrunda vuruşmuşdular.
Yurdumuzun azadlığı
üçün bütün
çətinliklərə sinə gərmişdilər.
Döyüşlərdə böyük qəhrəmanlıq
və hünər göstərərək düşməni
məhv etmiş, yağıları torpaqlarımızdan
qovmuşdular. Bu gün isə alınaçıq, başıuca
uğrunda vuruşduqları
Qarabağda hərbi paradda iştirak edirdilər.
Sırada dayanmış
hərbi qulluqçular
orkestrin ifa etdiyi qəlbləri riqqətə gətirən
marşların sədaları
altında nizami addımlarla Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qarşısından
keçirlər. Təntənəli
addımlarla gedən hərbçilər əllərində
həmişə öpüb
gözlərinin üstünə
qoyduqları üçrəngli
bayrağımızı da
aparırlar. Həm hərbi paradı qəbul edən Müzəffər Ali Baş Komandan İlham Əliyev çox qürurlu görünür, həm hərbçilərin əllərindəki
bayraq, həm də əsgərlər. Bu, belə də
olmalıdır, çünki
bu gün Zəfər Günüdür,
Qələbə Günüdür.
Çoxdan bəri
gözlədiyimiz qürurverici
səhnələrə kövrək
hisslərlə baxdıq. Qanlı döyüşlərdən qalib
çıxmış müzəffər
ordumuzun tarixi torpaqlarımızda hərbi
paradını izləmək
çox sevindirici idi. Biz bu
günü, bu anı illərdən bəri gözləyirdik. Artıq Azərbaycan Ordusunun zabit və əsgərləri cəsarət və hünərləri ilə
xalqımızın arzularını,
xəyallarını reallığa
çeviriblər.
Azərbaycan xalqı
8 Noyabr - Zəfər Günündə tarixi anlar yaşadı. Qələbəmizin, zəfərimizin
təsdiqi olan hərbi parad Azərbaycan xalqının
yaddaşında əbədi
yaşayacaq. Daim qürurla xatırlanacaq.
Vahid MƏHƏRRƏMOV
Azərbaycan.-2022.-
9 noyabr, №246- S.10.