Zəfərin nidası, Qələbənin möhürü

 

 

10 noyabr üçtərəfli  tarixi Bəyanat həm Azərbaycanın suverenliyinin tam təmin edilməsini şərtləndirən sənəd oldu

 

 

 

Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbənin, Zəfər Gününün üçüncü ilini böyük coşqu ilə qeyd edirik. Qarabağ Şərqi Zəngəzurun hər yerində dalğalanan bayrağımız ürəyimizi dağa döndərir. Dünya suverenliyini tam təmin etmiş Azərbaycanın gücünə, qüdrətinə şahidlik edir. Müstəqillikdən sonra ilk dəfədir ki, bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

Bu gün hər kəs Azərbaycanın tarixi Zəfərindən, 3 il öncə dünya hərb tarixində ilk dəfə reallaşdırdığı XXI əsrin "smart müharibə"sindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, qüdrətli ordusunun mübarizliyindən  danışır, müzakirələr, təhlillər aparır.  

Həqiqət budur ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad edilməsini cəmi 44 gün ərzində həyata keçirdiyi sürətli hərbi əməliyyatlarla həll etdi. 30 il torpaqlarımızda möhkəmlənən, "keçilməz" istehkamlar quran Ermənistanın yaratdığı bütün miflər darmadağın edildi. Ordusunun məhv edildiyini görən rəsmi İrəvan bayraq qaldıraraq təslim olduğunu bəyanladı dünyanın humanist lider kimi tanıdığı İlham Əliyev məğlub Paşinyanın yalvarışını qəbul etdi. Noyabrın 10-da İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığını rəsmiləşdirən üçtərəfli sənəd imzalandı.

Savaşın gedişində hər gün xalqa xoş xəbərlər verən Müzəffər Ali Baş Komandan bu dəfə Ermənistanın hərbi kapitulyasiyasının müjdəsini çatdırdı: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti Ermənistan baş naziri imzalamışlar".

10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Sənədin imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, status-kvo, "Dağlıq Qarabağ" adlı ərazi vahidi ləğv edildi.

Əlbəttə ki, bu bəyanat imzalanarkən Ermənistanın heç bir şərti qəbul edilmədi. Bu həm Azərbaycan Prezidentinin diplomatik uğuru idi. Məğlub Paşinyan Qalib İlham Əliyev qarşısında nəsə söyləməyə, şərt kəsməyə cəhd edə bilməzdi. Heç Paşinyanın həmin sənədi harada imzalaması da bəlli deyildi. Xalqa müraciətində İlham Əliyev bu məsələyə toxunaraq dedi ki, Ermənistan baş nazirinin bu hərəkəti başadüşüləndir: "Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - "dəmir yumruğ"un hesabına imzalayır!"

Müharibə başa çatdıqdan sonra hər iki tərəfin üzərinə düşən öhdəliklərin icra prosesi göstərdi ki, məğlub Ermənistan yenə çirkin niyyətindən əl çəkmir. Bu ölkə nəinki öhdəliklərini yerinə yetirmir, hətta Qarabağdakı separatçıları silahlandırır, hərbi təxribatların törədilməsinə şərait yaradır bununla da sülh müqaviləsini imzalamamaq üçün guya vaxt qazanır. Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini yaratdıqda isə siyasi şantajlara başlayaraq dünya birliyində ölkəmizin "humanitar fəlakət" yaratması ilə bağlı rəy formalaşdırmağa cəhd etdi. Bütün cəhdlərində iflasa məhkum olan rəsmi İrəvan havadarlarının dəstəyinə baxmayaraq, heç nəyə nail ola bilmədi. Bu ilin sentyabrında törətdiyi hərbi təxribatlar isə ədalətin tam bərqərar olunması ilə nəticələndi. Müzəffər Sərkərdə kimi İlham Əliyevin hazırladığı mükəmməl plan cəmi 23 saat bəs elədi ki, cinayətkar hərbi rejim bayraq qaldırsın. Bu uğurlu antiterror tədbirlərindən sonra cinayətkar rejim özünü buraxdı bununla da Azərbaycan ərazisində "boz zona" deyilən məkan qalmadı. Müstəqil Azərbaycanın suverenliyi tam təmin edildi.

Məhz son 3 ildə baş verən bu proseslər onu deməyə əsas verir ki, bütün uğurları şərtləndirən sənəd noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat oldu. Çünki onun imzalanması ilə mühüm siyasi, diplomatik, iqtisadi hərbi uğurların əsası qoyuldu:

* Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux Sus kəndləri qan tökülmədən qaytarıldı;

* Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi imzalandı;

* Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipi irəli sürüldü Ermənistan tərəfindən qəbul edildi;

* Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı;

* Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 6-da PraqadaŞurasının prezidenti, Fransa Prezidenti Ermənistanın baş naziri ilə görüşlərinin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı;

* Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdış başlandı;

* 2023-cü il aprelin 23-  Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın sərhəd, ərazi bütövlüyü təmin olundu;

* 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi.

* 2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdərədə, Xocalıda, Xocavənd şəhərinin  mərkəzində Xankəndidə bayrağımızı ucaltdı bununla da bütün Qarabağ Şərqi Zəngəzurda müqəddəs simvolumuzun əbədi dalğalanacağının nidası qoyuldu.

 

Əlbəttə ki, bütün bu uğurların memarı Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevdir. Şanlı Zəfərimizdən sonra nüfuzu daha da yüksələn Prezidentimizin yaratdığı yeni reallıqlara qarşı çıxan, regionda sülhün bərqərar olunmasını istəməyən qüvvələr çox çalışdılar ki, Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməsinlər 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etsinlər. Amma fəaliyyəti boyunca "nəyi zaman necə" etməyin ən yaxşı nümunələrini göstərən İlham Əliyev bu tarixi missiyanı məntiqi sonluğuna çatdırdı -  Azərbaycanın suverenliyini tam bərpa etdi.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 9 noyabr, №246- S.11.