Konstitusiyamız artıq bütün Azərbaycan ərazisində qüvvədədir

 

Böyük Zəfər dövlətimizin konstitusion əsaslarını da tam təmin etdi

 

 

Noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 28-ci ili tamam olur. 1995-ci ilin həmin  tarixində keçirilən ümumxalq referendumunda xalqımız özünün zəngin tarixi dövlətçilik ənənələrinə sadiq qalaraq, cəmiyyətimizin, hər bir vətəndaşımızın əmin-amanlığının, firavanlığının təmin olunmasını arzu edərək suveren hüququndan istifadə edərək müstəqil dövlətimizin konstitusiyasının qəbul edilməsinə səs verdi. Konstitusiyanın qəbulu xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.

 

 

 

Heydər Əliyevin müəllifi olduğu mütərəqqi konstitusiya

 

 

 

Konstitusiya hər bir ölkədə əsas qanun kimi ali hüquqi qüvvəyə malikdir.  Dövlətin təməl prinsiplərini, siyasi, hüquqi iqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq azadlıqlarına zəmanət verir, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. Bütövlükdə, cəmiyyət həyatının başlıca sahələrində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən konstitusiya ali hüquqi xüsusiyyətləri  ilə hər bir xalqın dövlətin həyatında xüsusi rola malikdir. Konstitusiya həm öz məzmunu ilə dövlətin siyasi quruluşunun, sosial-iqtisadi hüquqi əsaslarının aynasıdır.

Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı bənd var. Bu sənədin 32-ci maddəsində göstərilir ki, Konstitusiya Aktı Azərbaycanın yeni konstitusiyasının hazırlanması üçün əsasdır. Lakin 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olan iqtidarlar bu barədə heç düşünmədilər .

Müstəqil respublikamızın yeni konstitusiyanın qəbulu yalnız xalqımızın Ulu Öndəri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra həyata keçdi. Həmin vaxt xalqımızın Ümummilli Lideri dəfələrlə konstitusiya layihəsinin geniş müzakirəsini keçirdi. "Biz  elə bir layihə hazırlamalı nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır", - deyə Heydər Əliyev həmin müzakirələr zamanı bildirmişdi. Təsadüfi deyil ki, Ulu Öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasına respublikamızın demokratik inkişafı imici baxımından xüsusi həssaslıqla yanaşmışdı.

1995-ci il noyabrın 12-də keçirilən referendumda konstitusiyanın qəbul edilməsi Azərbaycanın müasir tarixinin mühüm siyasi hadisəsinə çevrildi. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbul edilməsi respublikamızın həyatında yeni dəyişikliklərə yol açdı. Konstitusiyanın qəbulu müasir dünyəvi vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu.

"1995-ci ildə referendum yolu ilə qəbul edilmiş konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur", - deyə Prezident İlham Əliyev bildirmişdir.

 

 

 

Konstitusiya Gününü qürur hissi ilə qarşılayırıq

 

 

 

Azərbaycan Konstitusiyasının qəbulundan sonra ötən illərin mənzərəsi təsdiq edir ki,  Ulu Öndər Heydər Əliyevin başlatdığı, ötən 20 ildə Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kurs konstitusiyamızın preambulasında yer alan demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh əmin-amanlıq şəraitində yaşamaq bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərin həyata vəsiqə almasını təmin edib.  

Konstitusiyamızın preambulasında yer alan niyyətlərdən biri Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin ərazi bütövlüyünün qorunmasıdır. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfərlə bu ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatizminə son qoymaqla Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev konstitusiyamızdakı bu niyyətin tam reallaşmasını təmin  etdi.

Konstitusiyamızın 11-ci maddəsinin birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır bölünməzdir. Vətən müharibəsindəki qələbə ilə Ana Qanunumuzun bu müddəası təmin edildi. Ərazi bütövlüyümüzün təminatçısı kimi Prezident İlham Əliyev bu konstitusion normanı qətiyyətlə reallaşdırdı. Azərbaycan dövlətinin xalqımızın pozulmuş konstitusion hüquqlarını tam bərpa etdi.

Konstitusiyada Azərbaycan vətəndaşlarının bütün hüquqları ən demokratik meyarlara uyğun təsbit olunub. Lakin torpaqlarımızı işğal edən Ermənistan yüz minlərlə vətəndaşımızın doğma yurdda təhlükəsiz yaşamaq, azadlıq, mülkiyyət, mənzil toxunulmazlığı digər konstitusion hüquqlarını pozmuşdu. Şəhər kəndlərimizin işğaldan azad edilməsindən sonra qarşılaşdığımız acınacaqlı mənzərələr, evlərin daşlarına qədər sökülməsi, təbii sərvətlərimizin talan edilməsi xalqımızın hüquqlarının pozulmasının ayrı-ayrı nümunələridir. Bu gün Qarabağ Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işlərinin nəticəsində  Azərbaycan dövləti öz vətəndaşlarının Ermənistan tərəfindən pozulmuş konstitusion hüquqlarını qətiyyətlə bərpa edir.

Bu gün xalqımız bütün milli bayramlarını, əlamətdar tarixlərini, o cümlədən Konstitusiya Gününü daha böyük coşqu qürur hissi ilə qeyd edir. Ona görə ki, indi bütün torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa edilib. Tarixi zəfərimiz dövlətimizin konstitusion əsaslarını da tam təmin etdi. Artıq konstitusiyamızın normaları bütün Azərbaycan ərazisində qüvvədədir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 9 noyabr, ¹246- S.11.