Azərbaycan
haqq-ədaləti təmin
etdi
Baxmayaraq ki, bəzi Qərb
dövlətləri buna
cidd-cəhdlə mane olmaq istəyirdi
Tarixdə mühüm
əhəmiyyət daşıyan
hadisələrin müstəsnalığı
həm də ondadır ki, aradan zaman keçdikcə
onların mahiyyətini,
böyüklüyünü, daşıdığı mənanı
daha aydın şəkildə dərk edə bilirsən. Bu da təbiidir.
Çünki həmin
hadisələr bir tərəfdən daha sonrakı proseslərə
də təsir göstərir, yeni reallıqlar yaradır və bu reallıqları
bütöv bir mənzərə kimi görmək olur. Digər tərəfdən
isə böyük hadisələrin tarixi mahiyyətinin hərtərəfli
təhlili üçün
yetərincə zamanın
yaranır. Bilavasitə
içində olduğun,
hansısa epizodlarında
iştirak etdiyin olayların doğurduğu
hiss-həyəcan, emosiyalar
yerini daha çox analitik düşüncəyə verir.
Beləliklə, bir vaxtlar baş verənlərə indi tarix kimi yanaşa
bilirsən.
Bu baxımdan,
8 Noyabr Zəfər Günü böyük əlamətdarlıq daşıdığı
üçün artıq
öz tarixi qiymətini alıb. Hərbi əməliyyatların
hələ davam etdiyi 2020-ci ilin 8 noyabr günü, bu tarix qeyrət
qalamız olan Şuşanın işğaldan
azad olunduğu, Şuşa həsrətimizin
bitdiyi gün idi. Onda çoxlarımızda
belə bir düşüncə vardı
ki, proseslərin həminki mərhələsi
üçün əsas
hədəf Şuşadır.
Hələ o günə
bir müddət qalmış Ali Baş Komandan İlham Əliyev xarici media qurumlarından
birinə "Şuşasız
bizim işimiz yarımçıq qalar",
- deyə bəyan etmişdi. Şuşanın
azad olunmasından sonra Ermənistan faktiki kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.
Hərbi əməliyyatlar
dayandı. Beləliklə,
Şuşanın azad
olunduğu gün Zəfər Günümüz
kimi tarixə düşdü və ictimaiyyətin istəklərinə
uyğun şəkildə
tariximizdə bu statusla da rəsmiləşdi.
2023-cü ildə aparılmış
23 saatlıq antiterror əməliyyatı nəticəsində
Qarabağdakı separatçı
yuvasının dağıdılmasından,
Xankəndidə və
başqa əzəli-əbədi
yurdlarımızda dövlət
bayrağımızın ucaldılmasından
sonra isə Zəfər Günü Azərbaycanın dövlət
müstəqilliyinin, suverenliyinin,
gücünün və
qüdrətinin rəmzi
kimi daha bir möhtəşəm tarixi dəyər qazandı.
Xalq olaraq biz XX əsrin əvvəlində zor gücünə əlimizdən
alınmış istiqlalımızın
bərpası uğrunda
mübarizəyə ötən
əsrin 80-ci illərinin
sonlarında Qarabağ
münaqişəsi mühitində
başlamışdıq. İstiqlalımızın
bərpası da, müstəqilliyimizin ilk onillikləri də bu münaqişə mühitində keçmişdi.
Bu yolda hər nə qədər böyük nailiyyətlər qazansaq belə, yenə də həyatımızda
böyük bir natamamlıq vardı. Çünki Azərbaycanın
ərazi bütövlüyü
tam deyildi. Təcavüzkar qonşumuz
respublikamızın təxminən
20 faizini işğal altında saxlayırdı.
Dünya ictimaiyyəti
buna göz yumur, Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş qanuni haqlarına, BMT kimi ali bir
qurumun işğalçı
Ermənistan ordusunun torpaqlarımızdan çıxması
haqqında qətnamələrinə
məhəl qoyulmurdu.
Ərazi bütövlüyümüzün
natamamlığı, ölkə
və cəmiyyət həyatının başqa
sahələrində də
problemlər yaradırdı.
Azərbaycan dövləti
gələcəklə bağlı
qarşıya aydın
strateji hədəflər
qoymuşdu. Bu hədəflərə doğru
ardıcıl addımlar
atılır, bir-birini
tamamlayan mühüm nəticələr əldə
olunurdu. Amma gələcəklə bağlı
qeyri-müəyyənlik də
vardı. Hər birimiz fərqində idik ki, torpaqlarımızın
işğaldan azad edilməsi üçün
nə vaxtsa hərb yoluna əl atıla bilər. Azərbaycan dövləti məsələnin
hər iki tərəfdən insan itkilərinə yol vermədən həlli üçün sülh danışıqlarını illərlə
davam etdirdi, məsələnin müharibəsiz
həllinə gətirə
biləcək bütün
imkanları dəyərləndirdi.
Ermənistan isə Azərbaycanın onillər
boyu sadiq qaldığı sülh danışıqlarından qaçdıqca,
işğalçı mövqeyində
qaldıqca, öz davranışları ilə danışıqları
mənasızlaşdırdıqca artıq hərbdən başqa yolun qalmadığı görünürdü.
Müstəqillik yolumuzun
yeni bir mərhələsinə
daxil olmaq, gələcəyə doğru
daha əmin addımlarla irəliləmək
üçün bu məsələnin birdəfəlik
tamamlanması, münaqişə
səhifəsinin bağlanması
lazım idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev problemi şanlı ordumuzun gücü ilə həll etdi. Azərbaycan dövləti düşməni
torpaqlarımızdan qovub
BMT qətnamələrinin icrasına
nail oldu. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli
Bəyanat Ermənistanın
faktiki kapitulyasiya aktı oldu. Beləliklə, Azərbaycan
torpaqlarının 30 illik
işğalına son
qoyuldu.
Hər addımın
öz vaxtı, vədəsi var
Həmin vaxtlar
bəzi dövlətlərdə
proseslərin sonrakı
gedişi ilə bağlı müəyyən
tərəddüdlər vardı.
Düşünürdülər ki, Azərbaycan 2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanatla
təsbit edilmiş status-kvonu dəyişməyə
cürət etməyəcək.
Şuşanın azad
edilməsi maksimum nəticə olacaq. Bu mövqe beynəlxalq
aləmdəki erməni
təəssübkeşliyi, ermənilər
yaşayan Azərbaycan
ərazilərində gələcəkdə
hər hansı əməliyyatlar keçirməyə
və bu ərazilər üzərində
Azərbaycanın nəzarətinin
bərpasına imkan verməyəcəyi barədə
proqnozlarla izah edilirdi. Əslində, bu proqnozlar əsassız
da deyildi. Proseslərin o dövrdəki
gedişində əsasən
ABŞ və Qərb ölkələrinin tutduğu
mövqeyi hər kəs müşahidə edir, verilən bəyanatları izləyirdi.
Bütün bunlar da gələcək barədə belə bədgüman proqnozlar üçün ciddi əsaslara çevrilirdi.
Bir çoxları
isə Azərbaycanın
ərazi bütövlüyünün
bərpası arzusunun,
bu günü tez görmək istəyinin diktəsi ilə proseslərin çox sürətlə
baş verməsinə
can atırdılar. Azərbaycan Prezidentinin verdiyi qərarlar, həyata keçirdiyi siyasətin ardıcıllıqla
bir-birini tamamlaması
və bütün bunların möhtəşəm
nəticələri isə
göstərdi ki, tarixdə hər bir addımın öz yeri, vaxtı-vədəsi
var.
2022-ci ilin sonu
2023-cu ilin əvvəllərində
Azərbaycanın hüquq
müdafiə təşkilatları
Ermənistanın ölkəmizdə
ətraf mühitə
qarşı yaratdığı
təhdidlərlə bağlı
Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən sonrakı
dövrdə həmin
ərazilərdə qalan
Ermənistan Silahlı
Qüvvələrinin qalıqlarının
ardıcıl təxribatlarına
Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri aparılanda
bəzi region ölkələri və Qərb dairələrinin məsələnin mahiyyətinə
varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar isə dövlətimizə qarşı
təzyiq cəhdindən
başqa bir şey deyildi. Əslində, bu reallıqlar 30 il ərzində guya münaqişənin həllinə
dəstək verirmiş
kimi görünən
xarici dairələrin
iç üzünü
bir daha göstərirdi. Yenə də aydın olurdu ki, ABŞ, Avropa İttifaqı, Fransa və başqa dövlətlər
30 illik işğal dövründə münaqişənin
tam bitməsində, regionda təhlükəsizlik,
sabitlik və inkişaf mühitinin başlanmasında maraqlı
olmayıblar. Onlara məsələnin qeyri-müəyyənliyi
daha çox sərf edib. Azərbaycanın 44 günlük
müharibədəki Zəfərindən
sonra məsələnin
müəyyən hissəsinin
qeyri-müəyyənlik içində
qalması onların marağında olub.
ATƏT-in həyatını
çoxdan başa vurmuş Minsk qrupunun reanimasiyasına uğursuz cəhdlər, yenidən uzun-uzadı danışıqlar prosesinə
start verilməsi, müxtəlif üsullarla
Azərbaycana göstərilən
təzyiqlər buna dəlalət edirdi. Bəlli ki, bu da təsadüfi
deyildi. Vəziyyətin
belə qalmasında maraqlı olanlar ənənəvi "parçala
və hökm sür" prinsipini qoruyaraq regionda öz oyunlarını oynamağa can atırdılar. Belə bir yanaşma onlara bir çox
cəhətlərinə görə
mühüm geosiyasi əhəmiyyət kəsb
edən Azərbaycana qarşı real təsir və təzyiq mexanizmlərini saxlamağa imkan yaradırdı. Ona görə də bütün bu prosesin məntiqi ondan ibarət olmuşdur ki, Qərb ermənilərin Azərbaycanda yaşaya bilməyəcəyi
və buna görə də ayrılmasının zəruriliyini
ehtiva edən hüquqi proseduru işə sala bilsin.
Eyni zamanda o da hiss olunurdu
ki, Qərb dairələri təkcə
sözçülüklə məşğul olmurlar. Onlar öz niyyətlərini
praktik şəkildə
də həyata keçirərək istədiklərinə
nail olmaqdan ötrü arsenallarındakı
bir çox ənənəvi vasitələrdən
istifadə edirdilər.
Azərbaycan dövlətinə,
şəxsən Prezident
İlham Əliyevə
qarşı yönələn
təzyiqlər, BMT, Avropa
Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin
basqı potensialından
yararlanmaq cəhdləri,
ölkəmizə qarşı
sanksiyaların tətbiq
ediləcəyi ilə
bağlı hərbə-zorbalar
buna dəlalət edirdi. Onlara elə gəlirdi ki, bütün bunlarla Azərbaycan Prezidentini tutduğu qətiyyətli mövqeyindən
çəkindirmək, dövlət
rəhbərimizin planlarını
pozmaq, Azərbaycanın
öz ərazisi üzərində tam suverenliyini bərpa etməsini əngəlləmək,
ölkəmizi 2020-ci ilin
noyabrında əldə
edilmiş nəticələrlə
kifayətlənməyə məcbur etmək mümkündür.
Amma onlar unudurdular ki, Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi,
uzaqgörənliyi onların
fitnə-fəsadlarından qat-qat güclüdür. Onun da fərqində
deyildilər ki, dövlətimizin başçısı
İlham Əliyev bu gücü hər hansı dairələrdən deyil,
böyük bir xalqın yekdil dəstəyindən, Azərbaycanın
milli maraqları naminə hər cür fədakarlığı
göz qırpmadan hazır olan milyonlarla həmvətənimizin
mənəvi enerjisindən
alır. Müxtəlif
vasitələrlə Azərbaycana,
dövlət rəhbərimizə
təzyiq göstərib
onu mövqeyindən çəkindirməyə çalışanlar
düşünmürdülər ki, verdiyi bütün
sözləri tutan, başladığı işi
heç zaman yarımçıq qoymayan,
eyni zamanda hər bir addımın,
qərarın vaxtını,
vədəsini də dəqiqliklə bilən Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin
Vətən müharibəsindən
sonra da natamam qalmasına heç zaman imkan verməyəcək. Suverenlik və ərazi bütövlüyü
anlayışları Vətən
müharibəsinin nəticələri
ilə məhdudlaşmayacaq.
Beləliklə, 8 noyabr
zəfərimiz, qələbədən
sonrakı 3 il ərzində həyata keçirilən ardıcıl
siyasət və görülən bütün
işlər ümumi bir prosesin davamı
olaraq 2023-cü il sentyabrın 20-də öz
məntiqi sonluğuna
çatdı.
Müzəffər Ali
Baş Komandan, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bütün basqı və təhdidlərə
rəğmən böyük
uzaqgörənliklə, praqmatik
şəkildə, barışmaz
prinsipiallıq və qəti iradə nümayiş etdirərək
Xankəndidə Azərbaycanın
dövlət bayrağını
ucaltdı. "Bu gün burada qaldırdığım bayraq
burada əbədi dalğalanacaq və biz burada əbədi
yaşayacağıq". Prezident
İlham Əliyevin əzəli-əbədi yurdumuzda
bayrağımızı qaldırdığı
gün səsləndirdiyi
bu kəlmələr Azərbaycanın həm indiki, həm gələcək nəsilləri
üçün müqəddəs
bir anddır. Azərbaycan xalqı bundan sonra heç
bir zaman bədnam qonşularımızın
müxtəlif separatizm
və işğal cəhdləri ilə başımıza yeni müsibətlər açmasına
imkan verməyəcək.
Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 80-ci illərinin sonlarında hakimiyyət rəhbərliyindən
uzaqlaşdırılmasını, proseslərə müdaxilə
üçün səlahiyyətlərinin
qalmamasını fürsət
bilən ermənilərin
mənfur planlarını
işə saldıqları
və Azərbaycanın
ovaxtkı naşı,
təsadüfi rəhbərlərinin
öz səriştəsizlikləri
ilə onlara bu imkanı yaratdıqları dövrün
yanlışları bir
daha təkrarlanmayacaq.
İşğal olunmuş
torpaqlarımızı azad
görmək Ulu Öndərin ən böyük arzusu idi. Çıxışlarını
dinləyəndə bu
münaqişənin həlli
ilə bağlı itirilmiş fürsətlərdən,
problemin qarşısını
vaxtında almamaqdan dolayı məyusluğunu
hər zaman hiss etmək olardı. Ulu Öndər hələ
1969-cu ildə Azərbaycan
rəhbərliyinə gəldiyi
ilk illərdən sonralara, fəaliyyətini
Moskvada daha yüksək vəzifələrdə
davam etdirdiyi illərə qədər zaman-zaman baş qaldıran bu iddiaların qarşısını
məharətlə ala
bilirdi. Erməni məkrinin, hiyləsinin geniş yayılmasına imkan vermirdi. Ortaya çıxan separatizm meyillərini ən optimal üsullarla məhdudlaşdırırdı.
Eyni zamanda gələcəkdə bu cür meyillərin yayılmaması
üçün lazımi
tədbirlər görürdü.
Amma 1988-ci ildə Heydər Əliyevin proseslərə təsir imkanları məqsədli
şəkildə məhdudlaşdırılmışdı.
Yaranmış vəziyyəti
fürsət bilən
separatçıların əl-qolu
açılmışdı.
Münaqişənin insan itkilərinə yol vermədən sülh yolu ilə həlli Ulu Öndərin istəyi idi. Bununla belə müdrik dövlət adamı onun da fərqində idi ki, bu
cür münaqişələr
ətrafında vəziyyəti
dəyişmək üçün
bəzən güc tətbiqi qaçılmaz
olur. Ona görə də ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu kursa hər
zaman sadiq qaldı. Sülh danışıqlarını sona
qədər davam etdirdi. Münaqişənin
dinc yolla həlli üçün bütün imkanları nəzərdən keçirdi,
qarşı tərəfə
təkliflərini verdi.
Hətta 44 günlük
Vətən müharibəsinin
ən gərgin günlərində, ordumuzun
torpaqlarımızı bir-bir
azad edib işğalçılardan təmizlədiyi
vaxtlarda da yenə sülh variantını aktuallığında
saxladı.
Azərbaycanın müstəqilliyinin
daimiliyi, əbədiliyi,
dönməzliyi... Bu,
Ümummilli Liderin ülvi amalı idi. Ulu Öndərin
gələcəyə ümidi
xalqımızı bu
amal ətrafında səfərbər edirdi. Bu böyük dövlət xadimi bir çox çıxışında, Qarabağın,
Şərqi Zəngəzurun
müxtəlif rayonlarından
olan məcburi köçkünlərlə görüşlərində
torpaqlarımızın gec-tez
azad olunacağını,
insanlarımızın doğma
yurdlarına qayıdacaqlarını
inamla söyləyirdi.
İndi Ulu Öndərin o tarixi görüşlərin videolentlərindən
ucalan qətiyyətli
səsi bu inamın, bu əminliyin təntənəsi
kimi eşidilir.
İnamın təntənəsi
və yeni bir gələcək qarşısında
Azərbaycanın yaratdığı
tarixi reallıqlar Prezident İlham Əliyevin hər zaman gələcəyə
baxan, onilliklər sonranı düşünən
və bütün planlarını strateji məqsədlərə uyğun
quran nə qədər güclü Lider olduğunu, zəmanəmizin ən parlaq liderlərindən biri kimi adını
dünya tarixinə əbədi yazdığını
göstərir.
Bütün bu
tarixi reallıqlar, bir neçə günün işi, bir neçə qərarın, layihənin
nəticəsi deyil. Bu gün hər
anı ilə qürur duyduğumuz gerçək həyatı
uzun illər ərzində ölkəmizdə
həyata keçirilən
bir çox iqtisadi layihələr formalaşdırıb. Buna
paralel olaraq siyasi arenada atılan bir çox addımlar yaradıb. Bütün bunlar illər sonra Azərbaycanda tam yeni bir
reallığın ortaya
çıxmasına yol
açıb. Ölkəmizin
hərtərəfli inkişafı
və dövlət rəhbərimizin apardığı
parlaq diplomatiyadan qidalanaraq, uzunmüddətli
perspektivə hesablanmış
çoxgedişli siyasi
kombinasiyanın möhkəm
təməllərinə əsaslanaraq Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həllinə
imkan verib. Ustalıqla qurulmuş mürəkkəb sxemin hər bir detalını
dövlət rəhbərimizin
həssaslıqla, incəliklə,
demək olar ki, zərgər dəqiqliyi ilə nəzərə alması,
hər bir addımda xalqa güvənərək, xalqdan
dəstək alaraq bütün dünyanı
Azərbaycanın haqlı
olduğuna inandırması,
bu məsələdə
yerbəyerdən bizə
əngəl törətməyə
çalışan güclərin
müqavimətini sındırması
və tarixi ədaləti bərpa etməsi böyük bir həqiqətdir. Bu həqiqət dövlətimizin
başçısı İlham
Əliyevin böyüklüyünün,
uzaqgörənliyinin, mahir
siyasətçi kimi misilsiz səriştəsinin
qayəsini təşkil
edir. Lider xüsusiyyətlərinin və
keyfiyyətinin daşıyıcısı
olan Prezident İlham Əliyev Vətən müharibəsindəki
qələbəmizdən sonrakı
3 il ərzində tarixi əhəmiyyət kəsb edən mühüm bir prosesi reallaşdıraraq üzərinə götürdüyü
tarixi missiyanı uğurla tamamladı.
2023-cü il sentyabrın
20-də cəmi 23 saat
51 dəqiqə ərzində
davam edən əməliyyatla Ermənistan
silahlı qüvvələri
birləşmələrinin təslim olmaq məcburiyyəti qarşısında
qalması, oktyabrın
15-də isə Xankəndidə
Azərbaycan bayrağının
ucaldılması öz
tarixi əhəmiyyətinə
görə 44 günlük
müharibə və
8 noyabr Zəfər gününə bərabər
növbəti parlaq Qələbədir. Bu baxımdan, 2023-cü il sentyabrın 20-də əldə
olunan Qələbə
siyasi və mənəvi əhəmiyyəti
etibarilə Zəfər
Gününə bərabərdir
və tarixi hadisə kimi onu tamamlayır.
Bütün bu
yaşananlar Ümummilli
Lider Heydər Əliyevin, zəngin dövlətçilik tariximizin
müxtəlif dönəmlərində
xalqımızı, dövlətimizi
qələbədən-qələbəyə
aparmış Cavanşirin,
Atabəy Eldənizin,
Cahan Pəhləvanın,
Şah İsmayıl Xətainin ruhlarının şad olduğu andır. Tarixi missiyanın yeni mərhələləri
isə davam edir və önümüzdə
açılmış yeni
bir səhifədən,
yeni bir başlanğıcdan, yeni
bir gələcəkdən
Azərbaycanın yeni
inkişaf reallıqlarını
yaradır.
İradə ƏLİYEVA,
Azərbaycan.-2022.- 9 noyabr, ¹246- S.12.