Qubada elmi-praktik konfrans keçirilib

 

 

Qubada "Heydər Əliyev İli"   Soyqırım Memorial Kompleksinin fəaliyyətinin 10 illiyinə həsr edilən elmi-praktik  konfrans keçirilib. İştirakçılar öncə Ümummilli Liderin  abidəsi önünə gül dəstələri düzərək Heydər Əliyev Mərkəzində təşkil olunmuş sərgi ilə tanış olublar.

Sonra onlar Quba Soyqırım Memorial Kompleksinə gələrək 1918-ci il qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Ziyarət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə kompleksin ərazisində müxtəlif növ 100 ağacın əkilməsi ilə yekunlaşıb.

Heydər Əliyev Mərkəzinin akt zalında davam edən konfransda Soyqırım Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova çıxış edərək kompleksin 10 illik fəaliyyəti barədə məlumat verib   bu günə kimi görülən tədbirlər  barədə danışıb. Vurğulayıb  ki,  təcavüzkar erməni millətçiləri xalqımıza qarşı 200 ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirib, azərbaycanlıları tarixi yurdlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik "böyük Ermənistan" yaratmaq üçün soydaşlarımızı onilliklər boyu ideoloji hərbi təcavüzə məruz qoyublar.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçiləri,   Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları  digər rəsmi şəxslər iştirak etmişlər.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2023.- 9 noyabr, № 246.- S.15.